Gözəlliyə gedən asan yol

Gözəlliyə gedən asan yol
Gözəllik sirləri
10.09.2017 18
«Xəzər» klinikasının rəhbəri, ümumi və plastik cərrah İlqar Yusibovla estetik əməliyyatlar haqqında söhbət (Yazı «Arıqlamağınsirləri» kitabından götürülüb)

Plastik əməliyyatlar bölməsini oxumusunuzsa, artıq sizə məlumdur ki,
kitabın müəllifi, ən əsası da bir xanım olaraq arıqlamaprosedurları
içərisində daha çox önəm verdiyim məsələ estetik cərrahiyyə
əməliyyatlarıdır. Mənim fikrimcə, görünüşünüzlə bağlı komplekslər
içərisində yaşayıb, əzab çəkməkdənsə, bir neçə saatlıq əməliyyatlarla bu
problemlərdən yaxa qurtarmağınız daha düzgün seçimdir.
Yazıda plastik cərahiyyə ilə bağlı fikirlərini aldığım İlqar
Yusibovla görüşərkən, onun pasiyenti olmuş xanımların əməliyyatdan əvvəl
və sonra çəkilmiş şəkillərinə (onların bəziləri ilə burada siz də tanış
olacaqsınız) baxdıqda bu cür düşünməkdə nə qədər haqlı olduğumu bir
daha anladım. Etiraf edim ki, hətta iri, sallanmış qarını illər boyu
üzərində gəzdirənlərə bir qədər acıdım da… Demək, bu insanlar da bir
neçə saatın içində şəkillərdə gördüyümüz (əməliyyat sonrası) xanımlar
kimi gözəl vücuda sahib ola bilərlər. Sadəcə, düşüncələrinə hakim
kəsilən qorxu hissi olmasaydı…
 
 
Mənim həyat devizim belədir: «Yaşamaq üçün cəsarətli
olmaq lazımdır!». Və mən, əziz xanımlar, sizə hər sahədə hər zaman
cəsarətli olmağı məsləhət görürəm. Sağlamlığınız buna yol verirsə,
plastik əməliyyatlardan vaz keçməyin. İnanın ki, burada qorxulu heç nə
yoxdur. Əgər qulağınıza plastik əməliyyatlarla bağlı xoşagəlməz məqamlar
çatıbsa, bilin ki, bu əməliyyatın fəsadı yox, savadsız cərrahların
xətasıdır. Bunun üçün sadəcə profesionallara müraciət edin və cəsarətlə
öz gözəlliyinizə qovuşun…
Piylərin götürülməsi ilə bağlı haqqında məlumat alacağınız əməliyyat
abdominoplastika adlanır. Bu əməliyyatla əsasən qarın, göbək
nahiyyələrində ortaya çıxan artıq piy və dəri götürülür, qarın divarı
incəldilib sıxlaşdırılır. Abdominoplastika haqqında daha geniş bilgi
almaq üçün bu cür əməliyyatların professionalı olan, yaşından asılı
olmayaraq saysız-hesabsız insanları bir neçə saatın içərisində öz
gözəlliyinə, incəliyinə qovuşduran tanınmış cərrah İlqar Yusibovla
görüşdüm.
Yazını hazırladığım müddətdə şəxsən özüm bir neçə uğurlu cərrahiyyə
əməliyyatlarının şahidi oldum. Onlardan birinin şəkilləri ilə artıq bu
yazıda siz tanış olacaqsınız. İlqar həkim xanımı mənimlə tanış etdi və
məlum oldu ki, o qarın nahiyəsindəki artıq piylərdən uzun müddətdir
əziyyət çəkir (əməliyyat zamanı onun bədənindən 9 kq piy çıxarıldı).
Yaşının bu vaxtında (50 yaş) belə bir əməliyyata girməsi məni həm
heyrətləndirdi, həm də sevindirdi. Çünki ona qədər elə bilirdim ki, bu
yaşda xəstələrə bu cür əməliyyatlar riskli ola bilər. Amma İlqar həkim
bildirdi ki, piyi götüzdürmək tək estetik gözəlliklə bağlı deyil, eyni
zamanda sağlamlıqdır. Artıq piy bədənə ağırlıq verir və bir çox
xəstəliklərin yaranmasına səbəb olur. Həmçinin, bəzi ümumi cərrahiyyə
əməliyyatları zamanı (yumurtalıqda şişlər, fibroma və s.) xəstənin
istəyi ilə abdominoplastikanı da ora əlavə etmək olar. Bununla xəstə
vaxt və əlavə pul itirmədən, eyni zamanda, həm sağlamlığına, həm də
gözəlliyinə qovuşur.
Bu cür əməliyyatları uzun illər uğurla həyata keçirən İlqar həkim,
burada qorxulu heç nə olmadığını bildirdi. Çünki xəstələrin əməliyyatdan
öncə müayinələrinə, laboratoriya analizlərinə şəxsən özü diqqət edir və
hər şey qaydasındadırsa, orqanizmdə riskli vəziyyət yaradacaq heç bir
problem yoxdursa, həta 60 yaşında da xanımlar bu əməliyyatı etdirə
bilərlər. İlqar həkimlə söhbət zamanı o da məlum oldu ki,
abdominoplastika əməliyyatı liposaksiyadan daha əlverişlidir. İlqar
həkim bunu liposaksiyadan sonra yaranan dəri sallanmaları ilə izah etdi.
Daha böyük qarın üçün ən uğurlu seçim abdominoplastikadır.
«Abdominoplastika
– qarının aşağı hissəsində artıq dəri və piyin çəkilməsi, əzələlərin
dartılması məqsədilə edilən estetik əməliyyatdır. Hamiləlikdən sonra
qarın dərisinin genəlməsi ilə yanaşı çəkinin itirilməsi qarının
sallanmasına gətirib çıxarır ki, belə olan halda bu üsüldan istifadə
edilir. Buna təkan verən digər faktorlar hormonal və metabolik
pozğunluqlar, alimentar piylənmə, qeyri – düzgün qidalanma
ola bilər. O cümlədən qarının ön divarında həddindən artıq piy
toxumasının yığılması dəri-piy önlüyünün əmələ gəlməsinə səbəb olur və
bu da estetik problemlərlə yanaşı, mədə – bağırsaq traktı, ürək – damar
sistemi, tənəffüs orqanları tərəfindən funksional pozğunluqlara və beldə
ağrılara səbəb olur.
Həmçinin aşağı ətraflarda qan dövranında durğunluq və venaların
varikoz genəlməsi problemləri əmələ gəlir. Bütün bunlar pasiyentin əmək
qabiliyyətini də məhdudlaşdırır. Liposaksiya bu zaman istənilən nəticəni
almağa kömək etmir. Əməliyyat zamanı artıq piy və dəri götürülür,
əzələlərin vəziyyəti normallaşdırılır. Əgər çəki normaldırsa, yastı
qarın və nazik bel yaratmaq olur. Bu prosedur çox yaxşı nəticə verir.
Amma liposaksiyadan fərqli onun çatışmayan cəhəti qarında çapıq izinin
qalmasıdır. Amma bu qarının lap aşağı hissəsində olduğu üçün o qədər
nəzərə çarpır və zaman keçdikcə çapıq yerinin rəngi solur, görünməz
olur. Qeyd edim ki, abdominoplastika həm qadınlara, həm də kişilərə
edilir».
 
 
Mənbə: Arıqlamağın sirləri kitabıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!