Layner yoxsa göz qələmi?

Layner yoxsa göz qələmi?
Gözəllik sirləri
10.09.2017 29
Sizin üçün doğru məhsul hansıdır? Qərar vermək üçün yazımıza bir nəzər salın.
 
 
Göz makiyajı deyilincə iki əhəmiyyətli kosmetik vasitə qarşımıza
çıxar. Göz qələmi və layner həm qalıcılıq həm də istifadəsi baxımından
fərqlilik göstərər. Sizin üçün doğru
məhsulun hansı olduğuna qərar verə bilməyiniz üçün qələm və laynerlərin müsbət və mənfilərini qeydə aldıq.
Niyə göz qələmi?

Hazırlaşmaq üçün çox vaxtınız yoxdursa layner yerinə göz qələmini
seçin. Layner sürətlə quruyar və olduqca qalıcıdır. Sürtərkən
bulaşdırdığınız təqdirdə təmizləmək üçün çox vaxt itirə bilərsiniz.
Yumşaq baxışlara sahib olmaq istəyirsinizsə seçiminiz yenə göz
qələmi olmalıdır. Qələmi sürtdükdən sonra qulaq çubuğu ya da varsa
qələmin xüsusi süngəriylə çəkdiyiniz xətti paylayıb makiyajınızı bir az
daha yüngülləşdirə bilərsiniz.
Yumşaq uclu göz qələmlərini gözünüzün içinə də sürtə bilər və göz makiyajınızı daha cəlbedici hala gətirə bilərsiniz.
Niyə layner?

Daha diqqətə çarpan və sərt bir təsir yaratdığı üçün gecə
makiyajında göz qələmi yerinə layneri seçim edə bilərsiniz. Gündüz
makiyajınızı gecə də istifadə edəcəksinizsə, səhər sürtdüyünüz qələmin
üstündən bir qat layner çəkməyiniz kifayyətdir.
Göz ətrafınız yağlıdırsa və gün içində göz qələminiz təsirini
itirirsə, gündüz makiyajınızda da maye layneri seçim edə bilərsiniz.
Çox nəmli ya da tərləmə ehtimalınız olan bir yerə gedərkən seçiminiz
yenə layner olsun, beləcə makiyajınızın axmasını qarşısını almış
olarsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!