Qadını tanıdan ətir

Qadını tanıdan ətir
Gözəllik sirləri
10.09.2017 19
Bəzən bir qadını tanımaq üçün hansı ətiri istifadə etdiyini bilmək yetərli olur. 



Psixoloqların da təsdiq elədiyinə görə, qadının hansı ətiri sevməsi
birbaşa onun xarakteri ilə bağlıdır. Məsələn, şərq ətirlərinə üstünlük
verən qadınların həyatda əsas məqsədi özünü sevdiyi kişinin  ömründə
bəzəyə çevirməkdir. Bu, eyni zamanda qadının maddi müstəqilliyinə də
mane olmur.  Şərq ətirlərinə üstünlük verən qadınlar risqi
dəyərləndirən, problemi bütün aspektlərdən qiymətləndirən, bəzən bir
andaca tərsinə qərarlar verənlərdir. Belə qadınların intuisiyası güclü
olur. 



Çiçək ətirlərini sevən qadınlar başladıqları işi sona
çatdıran, «dağı dağ üstə qoymağa» çalışan tipə aiddirlər. Şirin çiçək
ətrini sevənlər hər şeyi əvvəlcədən planlaşdırmağı sevirlər, bir az da
həyəcanlıdırlar. 



Nəfis çiçək ətirlərinə üstünlük verənlər təbitən
optimistdirlər. Amma onların arasında həyatlarına çatışmayan pozitivi
daxil etmək istəyənlərə də rast gəlinir.  



Dəniz qoxulu ətirlərə işgüzarlar üstünlük verirlər.
Onlar adətən səbirli, hiyləgərdirlər, hamı ilə dil tapmağa çalışırlar,
həyata təbəssümlə baxırlar. Onların geniş çevrəsi möbvcuddur. 

Ağac ətirlərini bəyənənlər bir az eqoist, cəmiyyətdən seçilmək arzusunda
olurlar. Belələri məntiq evliliyinə üstünlük verir. Yəni nikaha sevgiyə
görə deyil, əksər hallarda pul kisəsinin qalınlığını göz önünə
gətirərək girirlər. 



Kirşan ətirlərinin həvəskarları incə, küsəyən və şıltaq
xanımlardır. Onlar zərif, hiyələgər, öz istədiklərinə çatan qadınlar
sırasındadırlar. Paradoksal cəhət budur ki, onlarla nə qədər ünsiyyətdə
olursansa, onları bir o qədər tanımadığına əmin olursan. Bunlar əsl ətir
pərəstişkarlarıdır. Bəzi qadınlar xəzlə özlərinə «sipər» çəkirlərsə, bu
qadınların psixoloji silahı da onların ətirləridir. 



Giləmeyvə ətirlərini xoşlayan qadınlar kişilərin
hissləri ilə oynamağı, ərköyünlük etməyi sevirlər. Onlar impulsiv, öz
bildikləri kimi hərəkət etməyi xoşlayan, başqalarının sözlərini
qulaqardına vuran, məsuliyyəti digərlərinin  çiyinlərinə qoymaq
arzusunda olanlardır. Belələri caduya, bədnəzərə də inanırlar. 



Tünd ətirləri sevən qadınlar üçün keyfiyyət əsas
göstəricidir. Onlar həyatdan nə istədiklərini bilən, çətinliklərin
öhdəsindən gəlməyi bacaran, keçmişlə yaşamadıqları üçün yaşlarından gənc
görünən xanımlardır. Ürəklərinin dərinliyində uğura inanır, energetik
və nikbin əvhal-ruhiyyəli, əksər hallarda da yükü öz çiyinlərinə
götürürlər. 



Mütəxəssilər əmin edirlər ki, ətirin qoxusu ilə özü kimi başqalarının da xarakterinin incəliklərini çözmək mümkündür. 



Sonda tanışlıq üçün oxuculara bəzi məşhur ətir brendlərinin hansı qoxu
kateqoriyasına aid olmasını bildirən siyahını təqdim edirik: 



Şərq ətirləri: Belle d'Opium, Yves Saint Laurent; Dior
Addict, Dior; Vanille Ambre, Comptoir Sud Pacifique; Shalimar, Guerlain;
Amarige, Givenchy.

Çiçək ətirləri: J'Adore, Dior; Beautiful, Estee Lauder;
Bulgari pour Femme, Bulgari; L'Air du Temps, Nina Ricci; Chanel №5,
Chanel; Light Blue, Dolce & Gabbana.
Nəfis ətirlər: Happy, Clinique; L'Eau d'Issey, Issey Miyake; L'Eau par Kenzo, Kenzo; Cool Water, Davidoff; Women, DKNY.
Ağac qoxulu ətirlər: Wood Wood, Comme des Garcons; Dry Woods, Jo Malone; Feminite du Bois,
Shiseido; Premier Figuier, L'Artisan Parfumeur; Vetiver, Etro.
Kirşan qoxulu ətirlər:  Love, Chloe; Noa, Cacharel; Iris Poudre, Frederic Malle; Hiris, Hermes; FlowerbyKenzo, Kenzo.
Giləmeyvə ətirləri: Be Delicious, DKNY; Hippy Fizz, Moschino; Sunset Heat, Escada; Mango
Manga, Montale; Mure & Musc Extreme, L'Artisan Parfumeur.
Tünd ətirlər: Gucci by Gucci; Miss Dior Cherie; Chypre Rouge, Serge Lutens; Eau du Soir, Sisley; Iris Nobile, Acqua di Parma.

Əgər indi  sizi «ona hansı ətiri hədiyyə edim?» sualı narahat edirsə,
onda onun xasiyyətini düşünərək addım atın, onu tanıyın və birlikdə
xoşbəxt olmağa çalışın.



Firəngiz Ağalarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!