Üz tipinizə görə eynək seçin!

Üz tipinizə görə eynək seçin!
Gözəllik sirləri
10.09.2017 55
Oval Üz Quruluşu

Balanslı olması səbəbiylə ideal üz şəkli olaraq qəbul edilir. Çənə alından yüngülcə daha dar olub, almacıq sümükləri yüksəkdir. Oval formalı üzünüzün təbii nisbətini pozmayacaq çərçivələr seçməlisiniz.

Yumru Üz Quruluşu

Dolğun, eni və boyu bərabər, çıxıntısız və küncsüzdür.Üzünüzü daha incə və uzun göstərəcək çərçivələr seçməlisiniz.

Düzbucaqlı Üz Quruluşu

Boyu eninə görə daha uzundur. Sərt, düz və diqqətə çarpan bir çənə xətti və ümumiyyətlə uzunca bir burun mövcuddur. Üzünüzün uzunluğunu maskalayacaq, üzünüzü daha qısa və geniş göstərəcək çərçivələr seçməlisiniz.

Kvadrat Formalı Üz Quruluşu

Geniş bir alın, geniş və diqqətə çarpan bir çənə və bunlarla mütənasib genişlikdə almacıq sümükləri mövcuddur. Üzün eni boyuna yaxındır. Üzünüzü daha uzun göstərəcək və iti bucaqlı künclərini yumşaldacaq çərçivələri yoxlayın.
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!