Məşhurların qeyri-adi gözəllik sirləri

Məşhurların qeyri-adi gözəllik sirləri
Gözəllik sirləri
10.09.2017 15
Hər zaman formada görünən məşhur simaların gözəllik sirri bütün xanımları maraqlandırır.

Sizlərə dünyanın ən məşhur qadınlarının hansı vasitələrlə gənc və gözəl qaldıqlarını təqdim edirik.



Miranda Kerr – Oğlu dünyaya gəldikdən qısa vaxt sonra əvvəlki görünüşünə qayıdıb. 29 yaşlı model hər gün üzünə quşbaşı yağ çəkir. Bu, onun dərisini cavan saxlayır və parıltı verir. Göz ətrafına dodaq balzamı sürtür. Kipriklərini isə hər gün on dəqiqə xörək qaşığı ilə yuxarı doğru qatlayıb saxlayır.



Çağla Şikel – Türkiyəli model saçlarını boyadan qorumaq üçün onlara kül sürtür. "Boyanın içərisinə azca kül töküb, saçlarıma sürtürəm. Yuduqdan sonra parıldayır” deyən Çağla dərisinin cavan görünməsi üçün ona arqan yağı çəkir.



Naomi Kempl – 37 yaşlı model gözəl dərisi üçün ilıq süd vannasına borclu olduğunu deyib. Ayaqlarına qəhvə dənəsi ilə masaj edərək, sellülitdən qorunur.



Kristina Aqulera - Müğənni üzündə olan səpgiləri aparmaq üçün kartofdan istifadə edir. O, kartofun səpgiləri qurutduğunu və dərini sakitləşdirdiyini deyib.



Cenifer Eniston – 40 yaşlı aktrisa dərisinin cavan qalmasını özəl maskasına borcludur. O, ananası püre halına gətirib, balla qarışdırıb üzünə çəkir. Həftədə iki dəfə etdiyi bu masqa aktrisanı cavan saxlayır.



Sandra Ballok – Hollivudun məşhur simalarından olan Sandra gözəlliyinin sirrinin alma olduğunu deyib. O, hər gün iki ədəd alma yeyir. Üzünə isə alma dilimləri düzür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!