Yaşınıza uyğun gözəlləşin

Yaşınıza uyğun gözəlləşin
Gözəllik sirləri
10.09.2017 39
Hər yaşın ayrı bir gözəlliyi olduğu kimi, ayrı da ehtiyacları vardır. Dərinizə hansı yaşda necə qulluq etməli olduğunuzu bilsəniz, sonrakı yaşlarda da möcüzəvi dəriyə sahib ola bilərsiniz.
30-40 yaş arası
Hüceyrə funksiyasını təmin edən kremlərdən istifadə etməlisiniz. Bu, dərinizi A vitamini ilə təmin edər və ona daha parlaq və elastik görünüş qazandırar. Görünüşünüz sizi həqiqətən narahat edirsə, həkimlə botoks etdirmək barədə məsləhətləşin. Günəşin aktiv olduğu vaxtlarda əsla uzun müddət çöldə qalmayın.
40-50 yaş arası
A, C, E vitaminləri ilə zəngin olan kremlərdən istifadə etməlisiniz. Melanin səviyyəsini sabit saxlayan məhsullar seçilməlidir. Yağ və şəkərə uzaq, meyvə və tərəvəzlərə yaxın olmalısınız. Gecə çox gec saatlarda yatmamağa diqqət yetirin. Mümkünsə, günorta saatlarında da özünüzə istirahət üçün vaxt ayırın.
50-60 yaş arası
Hüceyrə səviyyəsində qidalandıran və nəm balansını sabit saxlayan kremlər seçməlisiniz. Yağ əsaslı məhsullardan istifadə etməyin zamanı gəldi. İstifadə etdiyiniz kremlərin təsirinin daha uzun olması də şərtdir. Kremin gücünü artıracaq zərdablardan faydalanın. Çəkinizi sabit saxlamağa diqqət edin. Gündə 1,5-2 litr su içmək faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!