Ayşvariya Rainin gözəllik və baxım sirləri

Ayşvariya Rainin gözəllik və baxım sirləri
Gözəllik sirləri
10.09.2017 52
Dünyanın ən gözəl qadınlarından olan hind aktrisası Ayşvariya Rayın ideal dərisi, büllur kimi gözləri, uzun və parıltılı saçları, əla bədən quruluşu var.
36 yaşlı Ayşvariya Rayın baxım sirlərini öyrənib, siz də tətbiq edin. Hind gözəlinin baxım sirlərini təqdim edirik:
Rejimi
Hər səhər acqarına isti suya bal və limon qatıb içir. Belə su orqanizmdən toksinləri çıxarır ki, bu da dəriyə müsbət təsir edir. O, gündə 7 stəkan təmiz su qəbul edir.
Yeməyi
İstiotlu yeməklərdən qaçır. Fast-food və spirtli içkilər də dilinə dəymir. Hər axşam meyvə salatı yeyir, süd içir.
Üzə qulluq
Aktrisa hesab edir ki, gözəl dəriyə uşaqlıqdan sahib olmaq və onu qorumaq lazımdır. Qızın nənəsi hələ yeniyetmə ikən ona dərini təmizləmək və ağartmaq üsullarını öyrədirmiş. Hind qızlarının üz dərisi yağlı olur. Bununla ən effektli mübarizə üsulu belədir: 1 xörək qaşığı yağsız kəsmiklə eyni miqdarda limon şirəsini qarışdırıb, maska kimi üzə qoyursuz. 15 dəqiqə sonra isti su ilə yuyursuz. Bu, məsamələri yığır, təmizləyir. Çiy yumurtanın yalnız ağını da üzə çəkib 15 dəqiqə saxlayın, üzünüzü limonlu su ilə yuyun. Tez-tez üzünə xiyar dilimləri düzür.
Maskası
1 xörək qaşığı gil, 1  qaşıq yoqurt və südü qarışdırır, xama qatılığında alınmış kütləni üzünə çəkib, 15 dəqiqə saxlayır.
Cavanlaşdırıcı maskası: 1 xörək qaşığı təzə maya, 1 xörək qaşığı xama, 1 çay qaşığı soda və 1 qaşıq isti sudan maska düzəldir.
Saçları
Saçlarını rəngləmir, saraltmır, rəngini açmır. Onları xüsusi ağacdan düzəldilmiş taxta daraqla darayır, gündən qoruyur. Təbii xınadan istifadə edir.

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!