Məşhurların gözəllik sirləri

Məşhurların gözəllik sirləri
Gözəllik sirləri
10.09.2017 70
Dünya ulduzları gözəl görünmək üçün nələr edirlər?



Miranda Kerr:

Supermodel və "Kora Organics" təbii kosmetika markasının sahibi Miranda Kerr gözəlliyini hind qozu yağından maska, avokado və nizamlı yuxuya borcludur.




Ancelina Coli:

Ancelina Coli gün ərzində minimum iki litr qazsız su içir. Su toksinlərin orqanizmdən xaric olunması, dərinin nəmlənməsi və yüngüllüyünü təmin edir.




Viktoriya Bekhem:

Viktoriya Bekhem avokado maskasının və ev şəraitində spa prosedurun pərəstişkarıdır. Eks "Spice girls" əlləri üçün də maska edir. "Əllərimə qidalandırıcı krem çəkəndən sonra xüsusi əlcəklər geyinib yatıram" - deyə, dizayner etiraf edir.

Bar Rafaeli:

Bar Rafaeli hər gün üzünü mineral suyla yumaqla, dərisinin parlaq olmasına nail olub.




Kameron Diaz:

Problemli dərisi olan Kemeron Diazın şəxsi kosmetoloqunun sözlərinə görə, aktrisa üzünü quru südlə təmizləyir. Bu, dərinin eksfoliasiyası üçün əla vasitədir.



Cenifer Eniston:

Cenifer Eniston vazelinin pərəstişkarıdır. Eniston onu kirpiklərinə çəkir. "Vazelin kirpiklərimi daha möhkəm və gözəl edib" - deyə, aktrisa bildirir.




Ketrin Zeta Cons:

Ketrin Zeta-Cons bal maskasından istifadə edir. O, qeyd edir ki, bal maskaları dəriyə qulluq üçün əla vasitəsidir və onu olduqca yumşaq edir.




Meqan Foks:

Meqan Foks bədənini alma sirkəsiylə təmizləyir. Yeməkdən əvvəl bir stəkan suya qarışdırılan 2 qaşıq alma sirkəsi bədəni zərərli toksinlərdən təmizləyir və maddələr mübadiləsini sürətləndirir.


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!