Rutidektomiya əməliyyatı (üz dərisinin dartılması)

Rutidektomiya əməliyyatı (üz dərisinin dartılması)
Gözəllik sirləri
10.09.2017 52
Üz dərisinin dartılması əməliyyatı iki hissədən ibarətdir: dərialtı qırışların və digər dərialtı toxumaların dartılması və ya yağ və piydən təmizlənmiş dərinin dartılması. Üzün dartılması üçün dəridə kəsimlər də ola bilər. Dərinin kəsilməsi başın saç hissəsindən, qulaq seyvanının arxasından başlayır. Əməliyyatdan sonra qulaq seyvanının arxa hissəsində kiçik drenaj qoyula bilər ki, qanda olan artıq maddələr təmizlənsin. Bu da 1-2 günə təmizlənir. Sonra tənzif sarğı qoyulur, ertəsi gün isə açılır. Üz dərisinin dartılması əməliyyatını, adətən 40-55 yaşlı kişi və qadınlar keçirirlər. Ola bilər digər yaş hədlərində də effektiv nəticə alınsın. Əməliyyatdan bir neçə gün sonra dərinin hissiyyatı azala, üz rəngi solğunlaşa bilər. Birinci üç gündə üz toxumalarının əvvəlki vəziyyətini alması üçün masaj və fizioterapiya prosedurları məsləhət görülür. Son nəticələr isə bir-iki aya özünü göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!