Gözəllik maskaları

Gözəllik maskaları
Gözəllik sirləri
10.09.2017 15
Zəif və seyrək qaşlar üçün



Vəsaitlər

1 çay qaşığı badam yağı

1 çay qaşığı gənəgərçək yağı

1çay qaşığı sarımsaq yağı



Hazırlanması və tətbiqi:


Bütün vəsaitlər qarışdırılır. Qaşlar tərsinə bir neçə dəfə fırçalanır.

Qarışıq pambıqlı çubuq ilə qaşlara tərsinə basdıra-basdıra istifadə olunur.

1 həftə içərisində canlanmanı hiss edəcəksiniz.Maska qaşlara tam hopdiqsan sonra yuya bilərsiz.

Saçların uzanması və sağlam olması üçün



Vəsaitlər

1 çay qaşığı gənəgərçək yağı

1 çay qaşığı sarımsaq yağı

1 çay qaşığı badam yağı

1 xörək qaşığı bal



Hazırlanması və tətbiqi:


Yuxarıdakı vəsaitləri qarışdırıb, saç dibinə sürtün.

İki saat gözlətdikdən sonra  saçınızı durulayın.

Beş ədəd aspirin döyüb, mineral su ilə qarışdırın.

Qarışığı saç dibinə sürtün və 15 dəq. sonra durulayın.

Buğda dənələrini əzib, suyunu çıxarın.

Bu suya zeytun yağı əlavə edib, saç diblərinizə çəkin və masaj edin.

Beləcə saçınızın güclü və qüvvətli çıxmasını təmin etmiş olarsınız.

Saçınız tökülürsə 20 qram çörəkotunu üyüdüb, 20 qram  küncüt yağı və 10 ədəd dəfnə yağı ilə qarışdırın.

Saçın dibinə çəkib bir dəsmalla bağlayaraq iki saat saxlayın, sonra yuyun.



Üz dərisindəki rəng solğunluğu üçün



Vəsaitlər


2 yemək qaşığı bal

1 çay qaşığı alma sirkəsi

Yarım çay qaşığı badam yağı



Qeyd: Maskaların hər biri sınanmış vasitədir. Xanımlar ,istifadə etməmişdən əvvəl mütləq sınaq edin.

Vasitələrin hər hansı birinə allergiyanız varsa istifadə etməniz qəti məsləhət deyil.

Saç üçün maskaları saç dibinə qızarıncayadək masaj edərək tətbiq edin və ilıq su ilə yaxalayın,bu məsləhətləri etmək zəruridir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!