Asan başa gələn praktik gözəllik sirrləri

Asan başa gələn praktik gözəllik sirrləri
Gözəllik sirləri
10.09.2017 10
Təbii gözəllik məhsullarını böyük kosmetika mağazalarında axtarmaq yerinə, evdəki vəsaitlərdən istifadə etməyə nə deyərsiniz?





Ətir qalıcılığı üçün vazelin:

Ən sevdiyiniz ətirin qoxusu çox tez uçub gedir mi? O halda bir az vazelinin içinə sevdiyiniz ətirdən sixin və qarışdırın. Daha sonra ətirli vazelini biləklərinizə və dirsəklərinizin daxili qisiminə sürün, uzun müddət gül kimi qoxun!



Makiyajı təmizləmək üçün zeytun yağı:

Uzun müddət qalıcı və suya davamlı pomadaları dodaqdan tam mənasıyla təmizləmək bir az çətin ola bilər. Bir parça pambığın üzərinə zeytunyağı sürün və dodaqlarınızı yüngül hərəkətlərlə silin. Dodaqlarınız həm nəmlənmiş həm də təmizlənmiş olacaq.



Parlaq saç üçün alma sirkəsi və su:

Saçlarınızın güclü və parlaq olması üçün, alma sirkəsi ilə soyuq suyu qarışdıraraq,saçınıza sürtə bilərsiniz. Bu qarışığı ayda bir dəfə tətbiq etmək olar.



Güclü dırnaqlar üçün limon:

Tez qırılan və saralmış dırnaqlar üçün, ən təbii həll : limon. Həftədə bir dəfə dırnaqlarınıza limon sürtün və 10 dəqiqəyə qədər gözlədin. Ardından ilıq suyla dırnaqlarınızı durulayın. Qısa müddətdə daha güclü dırnaqlara qovuşacaqsınız.



Dırnaq rəngini qurutmaq üçün soyuq su:

Dırnaq rəngini sürtdükdən sonra, soyuq su dolu bir qabın içinə barmaqlarınızı batırın və bir neçə dəqiqə gözlədin. Dırnaqlarınızın nə qədər tez qurduğunu görüncə çaşacaqsınız. Təbii pozulmadan hamar halda dayanan baxımlı dırnaqlar sizi olduqca xoşbəxt edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!