Ətirin yaxşısı və keyfiyyətlisi necə aydın olar?

Ətirin yaxşısı və keyfiyyətlisi necə aydın olar?
Gözəllik sirləri
10.09.2017 13
Ətir alarkən...

Ətir alarkən ya da istifadə edərkən nələrə diqqət yetirmək lazım olduğunu bilirsiniz?

Ətir alış-verişi üçün səhərin erkən saatları seçin. Busaatlarda burun daha həssas olar və beləcə daha doğru bir qərar verə bilərsən.

Ətiri sınayarkən, biləklərə uzaqdan vurmalı və qurumasını gözlədikdən sonra qalan qoxunu iyləməlisən.

Bir ətiri əsla şüşədən iyləyərək test etmə! Bədənində necə qoxu verəcəyi çox  əhəmiyyətlidir!

Ətir alarkən qolunun üst qisiminə qoxunu tətbiq et və 10 dəqiqə gözlə.

Ətir alarkən son moda olan ətirlər yerinə bədəninə uyğun olanları seç.



İstifadə edərkən…

Ətiri yalnız bədəninə deyil, paltarlarının üzərinə də vursan, qoxun gün boyu qalar. Təbii ki, əvvəlcə ətirin ləkə buraxmayacağından əmin olmalısan.

Ətirini əsla günəşə məruz qalacağın günlərdə istifadə etmə! Əks halda dərinin yanmasına  və dərisində ləkələr meydana gəlməsinə səbəb ola bilərsən.

Ətirinin uzun müddət təsirini qorumasını istəyirsənsə, təmiz dəriyə tətbiq et və 20 sm uzaqdan vur. Beləliklə  daha çox yerə qoxu gəlmiş olar.



Gündüz bədəninə uyğun yüngül qoxuları, gecə isə bir az daha ağır qoxuları seçim edə bilərsən.

İdman etmədən əvvəl ətir istifadə etməməlisən.

Eyni anda üç ya da daha çox qoxu istifadə etməməlisən. Hamısı bir-birinə qarışacağı üçün yeni lakin pis bir qoxun ola bilər.

Ətirini qulaq arxası, biləklər və boyun çuxuruna vursan, üzərindəki qoxu daha uzun davamlı qalar.

Keçdiyin yerdə qalıcı bir təsir buraxmaq istəyirsənsə saçlarına da ətir vurmalısan.

Ətirinin daha uzun müddət qalmasını və qoxunun yox olmamasını istəyirsənsə, mütləq qutusunda və günəş işığı düşmməyən bir yerdə saxlamalısan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!