Saç köçürülməsi

Saç köçürülməsi
Gözəllik sirləri
10.09.2017 17
Əməliyyat saçların donor sahəsindən tükü tökülmüş hissəyə köçürülməsindən ibarətdir. Bu, qraft (üzərində bir neçə tük olan balaca dəri hissəsi) adlanan transplantatların köməyilə həyata keçirilir. Qraftlar forma və ölçüsünə görə müxtəlif ola bilər - yumru qraft (10-15 tük), miniqraft (2-4 tük), mikroqraft (1-2 tük), həmçinin 30-40 tükdən ibarət qraft. İriölçülü qraftlar donor sahədən polad nazik borucuq formasında olan xüsusi alət vasitəsilə ayrılır. Digər növdə olan qraftlar isə cərrah bıçağı ilə kəsilir. Lazımi nəticə əldə etmək üçün saç köçürülməsi aralarında bir neçə ay fərq olmaqla bir neçə mərhələdə həyata keçirilir. Ortalama olaraq bir mərhələdə iriölçülü 50 qraft, mini və mikro ölçüdə isə 700 qraft köçürülür. Əməliyyatdan sonra baş yuyulur və cunayla sarınır. Bəzi hallarda 1-2 günlük sarğı bağlanır. Hər növ saç köçürülməsində pasiyentin öz saçından istifadə olunur. Boyun ardında və yan tərəflərdə sağlam saçı olanlarda əməliyyat daha uğurlu alınır, çünki donor sahə kimi məhz bu sahələrə müraciət olunur. Şəkərli diabet, qan laxtalanması pozğunluğu və dəri xəstəliyi olanlara bu əməliyyat əks göstərişdir. Sarğı əməliyyatdan1 gün sonra, tikişlər isə 7-10 gün sonra sökülür. 3 həftə ərzində fiziki yüklənmədən, alkoqol qəbulundan, isti duşdan, intensiv seksual əlaqədən uzaq olmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!