İdeal ayaqlar üçün 10 qızıl qayda

İdeal ayaqlar üçün 10 qızıl qayda
Gözəllik sirləri
10.09.2017 26
1.Biz ayaqlarımızda tüklərin daha uzun müddət uzanmamalarını istəyirik. Bunun üçün bir çox epilyasiya növü olmasına baxmayaraq, yaxşı olar ki, gözəllik salonlarındakı prosedurlara müraciət edəsiniz və ya ev şəraitində epilyatorun köməyindən istifadə edə bilərsiniz.




2. Hətta ən qamətli və gözəl ayaqları "göylər” korlaya bilər. Əgər siz aktiv həyat tərzini sevir və ya daim velosiped gəzintisinə çıxırsınızsa, bu zaman daim əlinizin altında göylərə və sıyrıntılara qarşı xüsusi məlhəmlər saxlayın.




3.Bej çalarlı lak ayaqqabılar ayaqları vizual olaraq daha uzun göstərir.





4.Qaralma dərini vizual olaraq hamarlaşdırır və ayaqları daha qamətli göstərir. Əgər siz hələ məzuniyyətə çıxıb günün altında qaralmamısınızsa, bu zaman avtozaqardan istifadə edin. Bu vasitədən heç olmasa həftədə bir dəfə istifadə edə bilərsiniz.




5.Ayaqlarda olan damar setkası çox vaxt gözəl donlardan və ətəklərdən imtina etmək məcburiyyətinə gətirir. Əgər sizin də belə bir probleminiz varsa, bu zaman təcili olaraq həkimə müraciət edin ki, onun əsl səbəbini aydınlaşdırıb bu problemi aradan qaldıra biləsiniz.




6.Yüngül parıltı ayaqları qulluq edilmiş göstərir. Belə effekt almaq üçün xüsusi yağ və ya losyonlardan istifadə edə bilərsiniz.




7.Baxımlı ayaqlara sahib olmaq üçün mükəmməl pedikür etmək lazımdır.





8.Şişlər müasir şəhər sakinlərinin daha bir problemidir. Əgər ayaqlarınız şişirsə, bu zaman orqanizmində suyun balansını qaydaya salmağa cəhd edin. Bunun üçün gün ərzində ən azı 2 litr su için, şirniyyat və şorabadan imtina edin, səhər və axşam isə kontrast duş alın. Tərkibində mentol olan gel və kremlər həmçinin sizin doğru köməkçiniz olacaq.




9.Baldır hissədə ayaqların quruluğu yalnız qışda deyil, həm də yay aylarında yarana bilər. Bunun qarşısını almaq üçün daim ayaq kremlərindən istifadə edin.




10.Əgər hündürdaban ayaqqabılardan çox istifadə edirsinizsə, bu zaman mütəmadi olaraq ayaqlarınıza fasilə verin. Boş vaxtınız olan kimi, ayaqqabılarınızı çıxarıb gimnastika edin: pəncələrinizi saat əqrəbi istiqamətində fırladın, barmaqlarının ucunda gəzin və ya sadəcə omba və baldırlarınızı masaj edin. Ən yaxşısı isə özünüz ilə yastı daban ayaqqabı gəzdirin ki, yorulan kimi ayaqqabılarınızı dəyişə biləsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!