Dişlərimizi təbii yolla ağardaq

Dişlərimizi təbii yolla ağardaq
Gözəllik sirləri
10.09.2017 40
Məlumata görə bəyazlığını itirən dişlər təbii yollarla öz rəngini bərpa edirmiş.

Mütəxəssislər, çay və siqaret kimi xarici faktorlar səbəbindən ağlığını itirən dişlərin təbii yollarla rənginə qovuşa biləcəyini deyiblər.

Dişlərin ağardılması və güclənməsində meyvə və bitkilər təsirli hesab olunur. Həmçinin portağal qabığının, zeytun yağının, ağ sirkənin, lifli qidaların da faydalı olduğu bildirilir.



Portağal qabığı

Sitrus bitkiləri yalnız dəri və bədən baxımına deyil, eyni zamanda diş qulluğuna da fayda verir. Dişlərin təbii yolla ağardılması üçün portağal qabığı effektli hesab olunur. Həftədə bir neçə dəfə tətbiq olunmasının təsirli olduğu bildirilir. Bunun üçün portağal qabıqlarının iç tərəfini dişlərinizə çəkin, daha sonra soyuq su ilə ağzınızı yaxalayın. Effekti tez bir zamanda hiss edəcəksiniz.

Həmçinin portağal qabığının içindən təbii diş pastası da əldə olunur.



Zeytun yağı

Zeytunyağı, təəccüblü bir gülümsəmə üçün asan həllərdən hesab olunur. Dişdə olan tünd ləkələri ortadan qaldırmağa və dişləri ağartmağa kömək edir.

Bir parça pambığı götürüb zeytun yağına batırın və dişlərinizə çəkin. Bir neçə dəqiqə içində, fərq hiss olunacaq.



Ağ sirkə

Diş fırçasının üzərinə bir neçə damcı ağ sirkə tətbiq edin və dişlərinizi fırçalayın. Sonra soyuq su ilə durulayın. Nizamlı olaraq bir neçə dəfə tətbiq etdikdən sonra, sirkənin ağartma təsiri sayəsində mükəmməl bir gülümsəməyə sahib olacaqsınız.

Ən sağlam ağardıcı məhsullar isə təbii lifli məhsullar hesab olunur. Dişləri ləkə edən bakteriyalardan təmizləyib ağız və diş sağlamlığında əhəmiyyətli rol oynayır. Bunlara alma, kök, gül kələmi, armud və s. meyvə və tərəvəzləri misal göstərmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!