Mango - əyləncəli ətir

Mango - əyləncəli ətir
Gözəllik sirləri
10.09.2017 23
1984-cü ildə Barselonada nə qara, nə də boz şey olmayan mağaza açıldı.mağazanın sahibləri İsaak Andik və Enrik Kazi ilk əvvəl geyimləri kataloq vasitəsilə satmağı planlaşdırsalar da, sonradan anladılar ki, düzgün müəyyən etməyiblər- rəflərdə və kroşnteynlər dolduran göy qurşağının bütün rəng çalarlarında olan geyimlər 1 ay ərzində tamamilə "süpürülmüşdü”!. Şən, müxtəlif rəngli tropik kolleksiya tələbələrin zövqünə tam uyğun gəldi. Mağazaları, eyni zamanda şirkəti Mango adlandırmağa qərar verdilər.Əfsanəyə görə Taylandda olarkən İsaak bu tropik meyvənin füsunkar dadından heyrətə gəlmiş və qərar almışdır ki, bu meyvə şirkətin imicini çox gözəl vurğulayır. 1 ildən sonra Mango İspaniyada 5-ci mağazasını açır, 6 il sonra isə bu say 90-a çatır! Milli həyəcan başlayır- İspan gəncləri idda edirdilər ki, orijinal,dəbli və parlaq görünmək istəyən Mango-dan başqa heç bir yerden geyinmık istəmirdilər.

1992-ci ildə Andi və Kazi şirkəti beynəlxalq səviyyəyə çıxarır. O vaxtdan hər ay dünyanın müxtəlif nöqtəsində 10 mağaza açılırdı.3-cü minilliyin başlanğıcında dəb kritikləri mango-nun beynəlxalq ekspansiyasından danışırdılar. Hazırda şirkətin dünyanın 75 ölkəsində 700 mağazasə vardır. Virtual "satış nöqtələri”- Mango lövhəsi altında onlayn rejimdə geyimlər, ayaqqabılar, aksesuarlar və ətirlər dünyanın 106 ölkəsində 2450-dən çox mağazada satılır. Klaudiya Şiffer və Naomi Kempbell onların karyerasının başlanğıcı haqqında soruşduqda, hər iki model Mango kataloqları göndərmə nöqtəsini söyləyirlər. Ümumiyyətlə, şirkət həmişə özünü təbii dəbdəbənin tərəfdarı kimi göstərən ulduzlara diqqət ayırırdılar. Keyt Moss, Jozefina de lya Bom, Skarlet Yohanson, Liz Herly, Mila Yovoviç,Penelopa Kruz- onların iştirakı ilə parlaq və gözəl düşünülmüş rolik və posterlər dünyanın reklam antologiyasına girdi.

2005-ci ildə Britaniya top-modeli- Elizabet Djaqqerin cəlb edilməsiylə - şirkətin reklam siyasətində yeni tendensiya qeyd edildi.Tələbə-idman şıklıq dalğasının dəyişməsi ilə daha ciddi "böyük” zərifıik , həmçinin gənc enerjisi və dinamizmi gəlir. Mango-nun ətir kolleksiyası hələki 2 ətirdən ibarətdir. Antonio Puig şirkətinin aparıcı ətriyyatçılarının hamiliyi altında yaradılan bu iki qadın ətri qəbul edilməyə görə müxtəlifdir, amma təsirinə görə eynidirlər– qadına unikallığın və qeyri-adiliyin xüsusiyyətini bildirirlər. Özündə nerolun həvəsləndirən acılığını və şanagül çiçəklərinin zərif şəffaflığını birləşdirən yeni kristal təravətləndirici MNG Cut For Woman ətri - təmiz hava və özünü "təbiətin qızı" kimi hiss etməyə darıxmış meqapolis sakinlərinə hədiyyədir. Vanil duvağlı çiçək-ədviyyəli Mango Adorably— Vogue jurnalı onu coşğunluqla optimizmin himni adlandırır. Maraqlıdır ki, hər ətir bədən üçün dezodorant və losyon şəklində məntiqi davama malikdir.

2008-ci il H.E by MANGO kişi seriyasının buraxılışı ilə qeyd olundu. qeyd olundu. Bir müddətdən sonra yeni seriyanın siması ispan futbolçusu və peşəkar poker oyunçusu Jerar Pik oldu. O elastikliyin və cazibənin əsasını təcəssüm etdi ki, şirkət müasir kişilərə – təbiilik, şəhər cəngəlliklərində yırtıcının azadlığı, müasir həyatın zəngin olduğu hadisələrə şəxsi yanaşma təklif etməyə qərar verdi. 2010-cu ildə brendin pərəstişkarları aksessuarları ayrı almaq imkanı qazandılar– Mango Touch brendini altında bütün mağazalar şəbəkəsində. Yeni layihənin assortimentində - bəzəklər, ayaqqabı, çantalar, şlyapalar, örpəklər və saatlar (İsveçrənin Swatch saat şirkəti ilə birgə hazırlanmışlar). Mango saytına xüsusi proqram yüklədiyindən həyatın bütün hadisələriüçün dəstlər əldə etmək olar -ofis üçün, idman zalına yürüş üçün, əyləncə gecəsi üçün, kurorta səfərlər və sadəcə parkda axşam gəzintisi üçün.


 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!