Payızın makiyaj və saç trendi ilə tanış olun

Payızın makiyaj və saç trendi ilə tanış olun
Gözəllik sirləri
10.09.2017 14
Bu payız mövsümü çox rəngli keçəcək. Çünki 2014-cü ilin payız modasında  geyimdə olduğu kimi makiyajda da parlaqlıq, rəngarənglik ön plandadır.



Qırmızı dodaqlar, bənövşəyi rəngdəki göz kölgələri, dolğunlaşdırıcı tuş çəkilmiş kirpiklər, tünd göy rəngli laynerlər mövsümün trendləri arasındadır.




Göz makiyajında "pişik gözü” də adlandırılan quyruqlu layner çəkmək mövsümün ən öndə gedən trendidir. Ancaq onu da qeyd edək ki, öyrəşdiyimiz qara laynerlərin yerini göy rəngli laynerlər alacaq.



Göz makiyajında diqqət çəkən nüanslardan biri də ovsunlayıcı baxışlar əldə etməkdir. Bunun üçün kölgəli göz makiyajına üstünlük verməlisiniz. Tünd və açıq göz kölgələrini birlikdə istifadə edərək daha mənalı baxışlara sahib olmaq mümkündür.

 



Makiyajda diqqət çəkən rənglərin sevimli olacağını qeyd etmişdik. Dodaqlara da bu öz təsirini göstərəcək. Belə ki, xüsusilə də qırmızı rəngin bütün çalarları dodaq makiyajında əsas yeri tutacaq. Bu rəng dodaq boyalarını indidən əldə edin. Onu da qeyd edək ki, aldığınız dodaq boyasının parlaq olmamasına diqqət edin. Rənglərdə canlılıq trend olsa da, parıltı o qədər də dəbə uyğun deyil.



Gözlərin gözəlliyi bu il ön planda olacaq. Qadınlar tuşsuz çölə çxımyacaqlar. Kirpikləri dolğunlaşdıran tuşları qat-qat çəkmək trendi  60-cı illərin stilini xatırladır. Qadınlar bu trenddən heç də şikayətçi deyillər. Kim gözəl kirpiklərə yox deyə bilər?!



Bənövşəyi rəngin çalarları  və lavanda rəngi makiyajda əsas yeri tutacaq. Dırnaq boyasından, göz kölgəsinə kimi bir çox kosmetik vasitədə bu rəngə üstünlük verin.




Payız aylarının saç trendi isə at quyruğu olacaq. İstifadəsi asan olan bu saç tərzi bütün stillərlə uyğun gəlir. Xüsusilə işgüzar qadınların ən çox sevdiyi saç forması olan at quyruğunu payız aylarında tez-tez görəcəyik.



Bu ilin öncəki illərdən fərqi isə at quyruğunu yuxarıdan yox, boyundan toplamaq olacaq.




Dağınıq toppuzlar da saç trendləri arasındadır. Qadınların işini asanlaşdıran bu saç tərzinin bu il trend olacağı heç kimin ağlına gəlmirdi.



Bob kəsimi xatırladan qısa saçlar dəb olacaq. Uclarında qayçı izi bəlli olan bu bob saçlar təkcə düz saçlara sahib olanların seçim edə biləcəyi bir tərzdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!