Tükləri kökündən qopardan və gec-gec çıxması üçün

Tükləri kökündən qopardan və gec-gec çıxması üçün
Gözəllik sirləri
10.09.2017 65
Bir çoxları arzuolunmaz tüklərdən azad olmaq üçün ülgücə, müxtəlif tüktökücü kremlərə, epilyasiyaya müraciət edir. Amma bunlardan bəziləri tüklərin daha qalın çıxmasına şərait yaradır, bəzilərinə görə isə külli-miqdarda pul xərcləməli olursunuz.



Ev şəraitində tükləri kökündən qopardan və gec-gec çıxmasını təmin edəcək qarışıqdan yararlana bilərsiniz. Hər kəsin "lipuçka" olaraq tanıdğı bu vasitələri hazır şəkildə də alıb tətbiq etmək olar. Amma tərkibində müxtəlif kimyəvi maddələr olduğu üçün ev şəraitində təbii məhsullarla hazırlamaq daha məqsədəuyğundur.



Lazım olan vasitələr:

1/4 stəkan sirkə və ya limon suyu

3 stəkan şəkər



Hazırlanması:

Bir balaca qazan götürüb içinə şəkər tökün. Daha sonra isti sobada qızdırın. Şəkər əriyənə qədər qarışdırmaq lazımdır. Üzərinə sirkə və ya limon suyu əlavə edin. 15-20 dəqiqə qarışdırın. Daha sonra alınan məhsulu nisbətən soyuması üçün qırağa qoyun.



İstifadəsi:

Tətbiq edəcəyiniz yeri ilıq su ilə yuyub durulayın, dəriniz təmiz, məsamələriniz açıq olsun ki, daha tez təsir etsin. Daha sonra taxta çubuğun köməyi ilə məhsulu tüklərin çıxış istiqamətinə doğru sürtün, amma bu zaman məhsul isti olmalıdır. Lakin ayağı yandıracaq qədər və dözülməz dərəcədə isti olmamalıdır. Daha sonra bunun üçün nəzərdə tutulmuş xüsusi yapışdırıcılardan istifadə edə bilərsiniz. Alınan məhsulu tük olan yerə yaydıqdan sonra yapşqanı üzərindən örtüb yavaşca sıxın. Tükün böyümə istiqamətinin tərsinə bantı dartın. Bu zaman bir az cəld tərpənməyə və yapışqanı sürətlə qopartmağa diqqət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!