Sadə üsulla gözəl olun

Sadə üsulla gözəl olun
Gözəllik sirləri
10.09.2017 13
Hər qadın gözəl olmağa çalışır, kosmetika məhsullarına çoxlı pul xərcləyirlər. Ancaq, gözəl görünmək demək, mütləq çox pul xərcləmək demək deyil.

Mütəxəssislər, bu mövzuda qənaətcil olmağa çalışmış və qadınlara bu təklifləri etmişdir:




Evdə dəri baxımı: Dəri baxımı üçün mütləq gözəllik salonlarına getməniz lazım deyil. Evdə də öz üsulunuzla peeling (dərinin soyularaq yenilənməsi) tətbiq edə bilərsiniz. Bir ovuc şəkəri bir az zeytun yağıyla qarışdırın və qarışığı duşda istifadə edərək ölü dərinizi bədəndən uzaqlaşdırın. Bununla məşğul olmaq istəmirsinizsə belə, həm üz, həm də bədən üçün çox ucuz peeling məhsulları satılır və hər vəziyyətdə gözəllik salonlarında ödəyəcəyinizdən daha ucuz almaq mümkündür.



"Saxta" manikür: Manikür etdirməyə gedə bilmirsinizsə, "saxta"sını özünüz də edə bilərsiniz. Dırnaqlarınızı limon suyuna qoyun. Daha sonra dırnaq mişarı şəklindəki parladıcıyla dırnaqlarınızın uclarını parıldadın. Beləcə dırnaq cilasına ehtiyacınız qalmayacaq.



Dodaq boyanızın ömürünü uzadın
: Fərqli tonlar üçün ayrı-ayrı dodaq boyaları istifadə etmək əvəznə, kiçik hiylələrlə eyni dodaq boyasını uzun müddət istifadə edə bilərsiniz. Məsələn, parlaq bir görünüş üçün, doaq boyasını, incə bir təbəqə halında dodaqlarınıza sürtdüyünüz vazelinin üzərinə vurun. Yeni sürtülmüş dodaq boyasının görünüşü xoşunuza gəlmirsə, barmaq uclarınızı istifadə edərək bunu dəyişdirə bilərsiniz. Mat görünüş üçün bir az kirşan sürtə bilərsiniz, gecə qonaqlığında istifadə etmək üçün də dodaq boyasını tünd rəng bir göz kölgəsi ilə qarışdıra bilərsiniz.



Saç məhsulları:
İki ayrı şəkilləndiriciyə pul ödəməkdənsə, bir dənəsini bütün ehtiyaclarınız üçün istifadə edin. Nəmli saçlarınıza az miqdarda saç kremi sürtərək elektriklənməsini maneə törədin. Saçınız quruyduqdan sonra da yenə az miqdar saç kremi sürtərək yumşaq və havalı bir görünüş əldə edə bilərsiniz. Ya da daha qalıcı və sabit bir görünüş üçün jele istifadə edib, qurudarkən də bir az daha sürtüb parlaq görünməsini təmin edə bilərsiniz.



Vazelin: Vazelini, istər dodaq qoruyucusu, istər dodaq parladıcısı olaraq istifadə edə bilərsiniz. Bu hələ son deyil, dəriniz qurudursa, yenə vazelinlə nəmləndirə bilər və qaşlarınıza parlaqlıq qazandıra bilərsiniz. Üstəlik də çox ucuzdur.



Nəmləndiricilər: Satışda bir çox markanın məhsulları var. Bunların bir qisimi digərlərinə nisbətən daha ucuzdur və eyni nəticəni verir. Əgər dəriniz qarışıq ya da yağlıdırsa, su əsaslı bir məhsul tapmağa cəhd göstərin. Neutrogena kimi ümumi istifadə üçün məhsullar, həm son dərəcə keyfiyyətli, həm də çox daha ucuzdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!