Sızanaqlı dəri üçün maska

Sızanaqlı dəri üçün maska
Gözəllik sirləri
10.09.2017 60
Sızanaq və dəri problemi olanlar bundan daha çox əziyyət çəkirlər. Bu problemi aradan qaldırmağın təbii yollarını açıqlayırıq.
Gil, badam yağı və mineral sudan ibarət olan maska ilə dərinizin gözəlləşməsinə hazır olun.
4 yemək qaşığı mineral su
2 yemək qaşığı gil
1 yemək qaşığı badam yağı
Su
Hazırlanması: 2 yemək qaşığı gili qaba əlavə edib üzərinə 1 yemək qaşığı badam yağı tökün. Onları qarışdıraraq 4 yemək qaşığı mineral suyu da əlavə edin. Sonra hamısını birlikdə yavaş-yavaş qarışdırın.
Hazırlanan maska sızanaqların üstünə çəkilir. Sonra bütün üzə çəkə bilərsiniz. Sadəcə göz ətrafına çəkməməyə diqqət edin. Dekolte və kürək nahiyələrinə də çəkə bilərsiniz. 25 dəqiqəyə qədər maskanın dəriyə yaxşı hopmasını gözləyin. Sonra ilıq su ilə yaxalayın. Gülü suyu, ya da mineral su ilə tonik tətbiq edə bilərsiniz. Bu maskanı isti havalarda həftədə 1 dəfə tətbiq etmək yetərlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!