Əbədi cavanlığın sirri tapıldı

Əbədi cavanlığın sirri tapıldı
Gözəllik sirləri
10.09.2017 41
Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) banisi Kim İr Sen haqqında bir zamanlar yayılan mif hər kəsdə xof yaradırdı. Deyilənlərə görə, Kim İr Sen cavan qalmaq üçün damarlarındakı qanı mütəmadi olaraq yeniyetmələrin qanı ilə əvəzləyirdi.
Qadınlar.biz-in müasir elm də diktatorun əl atdığı metodun effektli olduğunu təsdiqləyib. Sən demə, gənc insanların qanı beynin funksiyasını, qan damarlarının vəziyyətini yaxşılaşdırır və yaddaşı gücləndirir.
ABŞ-dan olan alimlər bildiriblər ki, bu üsulla təbii qocalma prosesinin qarşısını almaq olar. Kəsəyənlər üzərində aparılmış araşdırmalar göstərib ki, gənc qan nisbətən yaşlı canlıya yaxşı təsir edir. Tədqiqatçılar gənc kəsəyənlərin qanını yaşlı kəsəyənlərə vurublar. Nəticədə yaşlıların beyinlərinin fəaliyyəti yaxşılaşıb. İndi alimlər həmin tədqiqatı insanlar üzərində aparmağı düşünürlər. Ehtimal var ki, bu metodika ilə yaşlı insanların ağıllarının zəifləməsinin qarşısını almaq olar. İndi alimlər gənc qanın məhz hansı hüceyrələrə və toxumalara təsir göstərərək beynin fəaliyyətini yaxşılaşdırdığını araşdırırlar. Ancaq alimlər hələ də təsdiq edə bilmirlər ki, siçanlar üzərində aparılmış araşdırma eyni effekti insanlarda da verəcəkmi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!