Yağışlı havada necə makiyaj etməli?

Yağışlı havada necə makiyaj etməli?
Gözəllik sirləri
10.09.2017 37
Payız ayları adətən yağışlı keçir. Yağış qadınların makiyajının axmasına və istənilməyən nəticələrə səbəb olur. Bəs gözəlliyinizi yağışlı havada da nümayiş etdirə bilmək üçün makiyajı necə etməlisiniz?
Suya davamlı tonal krem çəkin

 
Yağışlı havalarda tonal krem çəkmək problemlərə səbəb ola bilir. Çünki su dəyəndə tonal krem axır və dərinin rəngi korlanır. Ona görə də belə havalarda suya davamlı tonal kremlərdən istifadə etmək lazımdır.
Tonal krem çəkməyi xoşlamayanlar keyfiyyətli məhsul istehsal edən brendlərin "BB” və "CC” kremlərindən istifadə edə bilərlər.
Suya davamlı tuş çəkin
Tonal krem kimi tuş da yağışla təmasa keçdikdə axır və göz altlarının qaralmasına səbəb olur. Belə hallarla üzləşmək istəmirsinizsə, mütləq suya davamlı tuş çəkin. Göz qələminiz və layneriniz də suya davamlı olmalıdır.
Krem şəklindəki ənliklərdən istifadə edin
Toz şəklindəki ənliklər yağışlı havalarda qalıcı olmur. Əgər makiyajınızın evdən çıxdıqdan beş dəqiqə sonra pozulmasını istəmirsinizsə, krem ənliklərə üstünlük verin.
Baza kremdən istifadə edin

 
Makiyajınızın hər hava şəraitinə dözümlü olması üçün mütləq Primerdən istifadə etməlisiniz. Bu kosmetik vasitəni makiyajdan öncə təmiz dəriyə çəkmək lazımdır. Daha sonra tonal krem və digər kosmetik vasitələri çəkə bilərsiniz. Bu krem makiyajın üzdə qalıcı olmasında böyük rol oynayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!