Dodaqları dolğun göstərmək üçün ipucları

Dodaqları dolğun göstərmək üçün ipucları
Gözəllik sirləri
10.09.2017 21
Dolğun və cəzbedici dodaqlara sahib olmaq hər bir qadının arzususdur. Sizə dodaqları daha dolğun göstərmək üçün bir sıra ipucları təqdim edirik.



1. Gündəlik baxım:



Çatlamış və qurumuş dodaqlar daim olduğundan  incə və kiçik görünər. Bu səbəblə dodaqlarınız üçün mütləq məzmununda nəmləndirmə və qoruma xüsusiyyətləri olan bir krem istifadə edin.



2. Dodaqlarınızı pilinq edin:



 1 yemək qaşığı toz şəkər, 1 çay qaşığı bal və 5-6 damla qreyfurt suyunu qarışdırın, dodaqlarınıza sürtün, 5 dəqiqə boyunca yavaşca masaj edin. Dodaq boyası sürtmədən əvvəl ilıq suyla isladılmış bir pambıqlı bezlə dodaqlarınızı ovuşturun ya da yumşaq bir diş fırçasıyla fırçalayın. Bu əməliyyat, qan dövranınızı sürətləndirər,dodaq boyası üçün canlanmış və əyriliklərdən təmizlənmiş bir səth yaradar.

Təzə nanəylə dodaqlarınızı masaj etsəz, dodaqlar nanəyə verəcəyi reaksiya nəticəsində qızaracaq və şişəcək. Onsuzda dodaq dolğunlaşdırıcı pomadaların böyük bir qismi bu reaksiya məntiqindən alınaraq hazırlanmışdır.

Buzu dodaqlarınızda gəzdirsəniz, soyuğun təsiriylə dodaqlarınızdakı qan axışı sürətlənəcək və bir müddətə də olsa dodaqlarınız daha dolğun və qırmızı bir görünüşə qovuşacaq.

dodaq



3. Makiyaj hiylələri:



Dodaq xəttlərinizin xaricinə qələm tətbiq edin. Ancaq bu qələmin dəri rənginizə yaxın təbii bir rəng olmasına diqqət yetirin. Dodaq boyanızı tətbiq edərkən daim fırça istifadə edin. Bu, dodağınızın kənarına dodaq qələmiylə çəkdiyiniz xəttin, dodaq boyanızla tamamilə qarışmasına və beləliklə daha təbii bir görünüş yaratmanıza köməkçi olacaq. Mat və tünd rənglər istifadə etməkdən qaçının. Bunun yerinə dərinizə ən yaxşı yaraşan təbii bir tonu seçin. ( Şaftalı və krem tonları kimi)



Qeyd: İşıltılı və parlaq dodaq boyaları hər vaxt dodaqlarınızı daha dolğun göstərər. Əgər mat bir pomada istifadə etdinizsə üzərinə mütləq parladıcı çəkin. Dodaq dolğunlaşdırıcı xüsusiyyəti olan bir pomada əldə edin.



Dodaqlarını daha dolğun və gözəl göstərmək istəyən xanımlarımız bu xüsusi tövsiyələri mütləq diqqətə almalıdırlar.



Dodaqlarınızın kənar xəttlərini bağlayıcı köməyi ilə yox edin. Üzünüzdə istifadə etdiyiniz tonal krem və ya bağlayıcını istifadə etsəniz rəng fərqi görülməyəcək.

Dodaq qələmi köməyi ilə təbii görünəcək şəkildə bir dodaq xətti çəkin. Qələmi çox basdırmadan tətbiq edin. Əks halda süni bir görünüş əldə edə bilərsiniz.

Xəttləri meydana gətirdikdən sonra istifadə etmək istədiyiniz  pomada ilə xəttlərin içərisini doldurun. Dodağınızdakı təbii

Xəttlərin də pomada ilə doldurulmasına diqqət edin. Əks halda xətt xətt bir görünüş meydana gələcək.

Dodaqları dolğun göstərən digər bir üsul isə parladıcı çəkməkdir. Pomadanın üzərinə şişirtmədən incə bir lay parladıcı çəkərək dolğun və intimual dodaqlara qovuşa bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!