Gözəlliyimizi necə qorumalıyıq?

Gözəlliyimizi necə qorumalıyıq?
Gözəllik sirləri
10.09.2017 9
1. Günəş vannası qəbul edərkən zeytun yağının möcüzəsinə faydalana bilərsiniz. Bədəninizə sürtdüyünüz yağ, çox gözəl bir şəkildə bronzlaşmanızı təmin edərkən, eyni zamanda bədəninizə qulluq etmiş olacaqsınız. Xüsusilə saç diblərinizə də sürtəcəyiniz zeytun yağı, günəşin təsiri ilə istilənəcək. Beləliklə çox asan bir şəkildə saçlarınıza maska tətbiq etmiş olacaqsınız.

 

2. Qoxusuz nəmləndirici bir kremin içinə, br neçə damcı ətir qatdığınızda, o çox bahalı, ətirli bədən losyonlarını almağınıza heç ehtiyac qalmaz. Həm yumşaq bir dəriyə sahib olarsınız, həm də müşk kimi ətir verər.

3. Üzünüzü təmizləmək üçün artıq tonik almağınıza ehtiyac yoxdur. Gül suyu ilə təmizləyəcəyiniz üzünüz, həm daha yumşaq olacaq, həm də daha canlı görünəcək...

 

4. Dəri qulluğuna görə salonlara getmək yerinə, yumurtanın ağını ayırın və üzünüzə maska kimi sürtün. Bir neçə dəqiqə gözləyib ilıq su ilə yuyun. Yumurtanın içərisindəki yüksək dəyərli zülal, üzünüzün canlanmasını və sağlam görünməsini təmin edəcək...

 

5. Dodaqlarınızın hamar və dolğun görünməsi üçün dişlərinizi hər fırçaladığınızda, dodaqlarınızı da fırçalayın. Beləliklə əlavə bir baxım etməyə ehtiyac olmadan möhtəşəm dodaqlara sahib ola bilərsiniz...

 

6. Bədəninizə peeling etmək istəyirsinizsə, duş süngərinizin üzərinə bir az qabartma tozu və ya karbonat səpin və kisələnin. Dəqiqələr içərisində yumşaq və hamar bir dəriyə qovuşacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!