Gözəl gözlər üçün 4 maska

Gözəl gözlər üçün 4 maska
Gözəllik sirləri
10.09.2017 17
Evinizdə hazırlaya biləcəyiniz maskalarla gözlərinizin gözəlliyinizi qoruya biləcəksiz.

Gözlərinizin gözəlliyinin pozulmaması və həmişə cazibədar görünməsi üçün sizin də etməli olduğunuz bəzi şeylər var.

Zamanın təsirləri və hər gün etdiyiniz makiyaj, göz ətrafının deformasiyasına və pozulmasına səbəb olar.

 

Qırışları əngəlləmək üçün

Bir xörək qaşığı badam yağı, bir xörək qaşığı soya yağı və bir xörək qaşığı avakado yağını qarışdırın. Hər gecə yatmadan əvvəl bu qarışımı çəkərək göz ətrafına zərif hərəkətlərlə masaj edin. Səhər oyandığınızda üzünüzü yuyub yumşaq dəsmalla silin.

 

Torbaları yox etmək üçün

Bir ədəd kartofu halqa şəklində kəsib gözlərinizin üzərinə qoyun və 15-20 dəqiqə saxlayın. Həm gözlatı torbaların, həm də gözlərdəki qızartıların keçməsinə kömək edəcək. Gözdəki qızartılar üçün pambığı şəkərsiz çaya batırıb gözünüzün üzərinə qoya bilərsiz.

 

Şişkinliklər üçün

1 ədəd buzu gözətrafında 5 dəqiqə gəzdirərək masaj edin.

 

Göylər üçün

Bir ədəd xiyarı rəndələyib dondurun. Sonra bu buzu göz göylərinin üzərində 5 dəqiqə gəzdirin.

Bir ədəd kartofu rəndələyib suyunu çıxarın. Bu suya batırdığınız pambıqla göz ətrafına kompres edin. Çox xeyri var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!