3 addımda Mila Kunis makiyajı

3 addımda Mila Kunis makiyajı
Gözəllik sirləri
10.09.2017 9
Ukrayna əsilli gənc və gözəl aktrisa Mila Kunis "Black Swan” filmi ilə yaddaşlara həkk olunub.

 

Mila Kunisin baxışlarına siz də sahib olmaq istəyirsinizsə, yazını diqqətlə oxuyun. Mila Kunisin makiyajını təqdim edirik. 

İlk olaraq tonal kremi 5 nöqtə şəkilində üzünüzə tətbiq edin  və ortaboy bir fırçayla homogen şəkildə yuvarlaq hərəkətlərlə dağıdın. Bundan sonra bütün üzünüzə bronz bir ənlik sürtün. Almacıq sümüklərinə daha çox diqqət çəkmək üçün yanaqlarınızı içəri çəkərək boş qalan hissəyə daha çox bronz ənlik sürtün.

 

Hisə verilmiş tonları əks etdirən bir rəngin 3 fərqli tonlarında göz kölgəsi seçin. Orta tonu göz qapaqlarına çəkin. Bu tonu fırçayla zəif şəkildə qaş sümüklərinə kimi daşıya da  bilərsiniz. Ən tünd tonu isə göz qapaqlarının bitdiyi yerə qalın şəkildə çəkin. Ən açıq tonu isə göz qapaqlarının önünə çəkin. Alt kirpik diblərinə bu rəngin ən tünd tonunu çəkib baxışları  tamamlayın. Üst kirpik diblərinə qara qələmlə nazik şəkildə çəkin.  Kirpiklərinizə iki dəfə tuj çəkin.

 

Dodaqlarınıza pude rəngdə parıltı çəkib, çoxunu salfetlə təmizləyə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!