"www.QADINLAR.biz" Xanımları Üçün Dodaq Boyası Qaydası

Gözəllik sirləri
10.09.2017 15
 

Dodaq boyasını necə Seçməlİ?



Dodaq boyası seçərkən dərinin rənginə fikir vermək lazımdır. Pomadanı üz dərisinə əsasən seçmək mütləqdir. Nəinki üz dərisi, həmçinin dişlərin rəngi də nəzərə alınmalıdır. Pomada alarkən ilk növbədə pomadanın son istifadə tarixinə baxmaq lazımdır. Əgər bu informasiya yoxdursa, pomadanın köhnəliyini müəyyən etmək çətin deyil. Köhnə pomadanın pis iyi, üzərində ağ ləkələri və solğun rəngi olur. Pomadanın maksimal istifadə müddəti üç ildir, soyuducuda saxlanıldıqda və fırça ilə sürtüldükdə. Əgər pomadanı birbaşa dodağınıza vurursunuzsa, istifadə tarixi il, qabına günəş şüası dəyibsə. üç ay olur. Keyfiyyətli pomada rahat çəkilməli, dodaq da hamar qalmalıdır. Onu sildikdən sonra dodaqlarda dartınma və ləkə qalmamalıdır. Pomadanın tərkibindən asılı olaraq nəmləndirici, qidalandırıcı gigiyenik, davamlı, super-davamlı və parıltılı növləri var.

Nəmləndirici:





Dodağı həm rəngləyir, həm də çatvermədən qoruyur. Onun tərkibinə avokado, kakao, günəbaxan, kokos, gənəgərçək yağı və çobanyastığı cövhəri daxildir. Çatışmayan cəhəti isə dodaqdan tez silinməsidir.

Qidalandırıcı





Soyuq havada dodağı quruma və çatlamadan qoruyur, tərkibinə böyük miqdarda mum daxildir. Davamlı və super-davamlı: ləkə qoymur, dodaqda 24 saata qədər qalır. Onun tərkibinə efir yağları və rəngləyicilər daxildir. Davamlı pomadadan hər gün istifadə etmək məsləhət görülmür, belə ki, o, dodaqları qurudur.

Gigiyenik pomada:





Quruluq və çatın yaranmasının qarşısını alır. Qışda dodaqlar üçün əvəzsizdir. Tərkibində vitaminlər, qidalandırıcı, nəmləndirici maddələr var. Təəsüflər olsun ki, dodaqlara rəng vermir. Parıltı: təbii makiyaj zamanı istifadə olunur. Tərkibində yağ və vitaminlər, az miqdarda bitki rəngləyiciləri var. Parıltını vurarkən ehtiyyatlı olmaq lazımdır, çünki o, tez yayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!