Plastik cərrahiyyə fanatı: 100 əməliyyatdan sonrakı "şəlpə"lik - FOTO

Plastik cərrahiyyə fanatı: 100 əməliyyatdan sonrakı
Gözəllik sirləri
10.09.2017 56
 
Rusiyada yaşayan 22 yaşlı qız dodaqlara silikon qoydurularaq onların formasının dəyişdirilməsi ilə bağlı dünyada indiyədək misli görünməmiş nəticəyə nail olub.
Sankt-Peterburq şəhərində yaşayan 22 yaşlı Kristina Rey dodaqlarını Hollivudun məşhur "Dovşan Rocerə kim badalaq vurdu?" filminin baş qəhrəmanlarından biri Cessika Rəbbitə bənzətmək istəyirdi. Bu istək az qala onun həyatının idefiksinə çevrilmişdi.Bu məqsədlə də o, indiyədək 7 min dollar sərf edərək dodaqlarını 100 plastik əməliyyata məruz qoyub."Fantastik göründüyümə əminəm və bu, məni bəxtəvər edir. Bəzən küçədə olanda "yekədodaq" deyirlər, amma belələrinə əsla fikir vermirəm", - Kristina deyib. Başqalarından fərqlənmək istədiyini vurğulayan Kristina Hollivudda çəkilmiş animasiya filmlərinin fanatı olduğunu söyləyib.O, Cessika Rəbbitin dodaqlarını çox sevdiyini bildirib: "Fikrimcə, həmin animasiya obrazı mükəmməl qadındır".Təhsil aldığı universitetdə yaşıdlarının ona xor baxdığını gizlətməyən Kristina ilk dəfə 17 yaşında plastik cərrahiyyə əməliyyatına məruz qaldığını deyib.Dodaqlarını ifrat dərəcədə irilədən Kristinanın yeni məqsədi sinəsini böyütməkdir."Döşlərimin böyük, qulaqlarımın da elf qulaqlarına bənzəməsini istəyirəm. Üstəlik, burnumun formasını da dəyişdirəcəyəm", - Kristina söyləyib.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!