Dodaq uçuqlamasını tez sağaldan üsullar

Dodaq uçuqlamasını tez sağaldan üsullar
Gözəllik sirləri
10.09.2017 140
Qarğıdalı nişastası: 1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq içməli suyu qarışdırıb məcun halına gətirin. Yatmazdan əvvəl uçuqlamış yerə sürtün. Yuxudan oyanarkən da astaca yaxalayın.



Buz: Uçuq ağrılara və dodaqlarda yanğıya səbəb ola bilər. Buz qəlibləri uçuğun üzərindəki şişmiş dərini yumşaldır, həm də yanğının keçməsini təmin edir.



Süd: Süd də uçuqlara olduqca yaxşı təsir edir. Pambığı soyuq südə batırıb uçuğun üzərində 2-3 dəqiqə saxlayın.



Aloe vera: 1 çay qaşığı aloe vera gelini uçuğun üstünə çəkin.



Ekinezya (kirpi otu): Ekinezya dəmləməsi immun sistemini gücləndirərək uçuq çıxmasına qarşı bədəni gücləndirir.



Diş fırçanızı dəyişdirin: Diş fırçası uçuq viruslarının yaranması üçün ideal şərait yaradır. Uçuq çıxdıqdan sonra təzə diş fırçası alın. Uçuq sağaldıqdan sonra təkrar fırçanızı dəyişdirməyə tənbəllik etməyin.



Nanə yağı: Uçuğu su ilə təmizləyin. Sonra pambığı əvvəl suya sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə tətbiq etmək kifayətdir.



Vanil: Vanil tozu uçuğa səbəb olan virusların çoxalmasını əngəlləyir. Pambıqlı çubuğun ucuna vanil sürtüb birbaşa uçuğa sürtün və 1-2 dəqiqə saxlayın. Gündə 4 dəfə tətbiq etmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!