Ətirdən düzgün istifadə qaydaları

Ətirdən düzgün istifadə qaydaları
Gözəllik sirləri
10.09.2017 6
Bəzən rəfiqənizin ətrindən xoşunuz gəlir, ancaq eyni ətri alıb özünüz vuranda qoxu istədiyiniz kimi olmur. Bu, çoxlarının başına gələn hadisədir. Səbəbi isə hamının fərqli dəriyə sahib olmasıdır. Çünki qoxuya həyat verən insan dərisidir. Dəriyə vurulan ətir bəzən çox cazibədar, bəzən isə arzulanmayan qoxu yaya bilər. Belə ki, insanın özünəməxsus dəri xüsusiyyəti ətrin qoxusunu dəyişdirir. İnsanların yediyi yeməklər, gündəlik qəbul etdiyi maye və dəri tipi kimi bəzi xüsusiyyətləri parfümün yaratdığı təəssüratı dəyişməyə qadirdir. Parfüm almazdan əvvəl dərinizdə testdən keçirmək vacibdir. Başqa birinin istifadə etdiyi bir ətri bəyəndiyiniz üçün dərinizdə yoxlamadan almayın. Bəlkə sizin dərinizdə gözəl qoxumayacaq? Əgər iyləri qarışdırırsınızsa, bu zaman təzə qəhvə qoxlamağınız məsləhətdir. Beləliklə də, qarışdırdığınız iyləri fərqləndirə biləcəksiniz. Parfümlərin saxta və ya əsli olduğunu seçmək üçün üzərində adının düzgün yazılmasına fikir vermək lazımdır. Əgər onun qablaşdırılması səliqəli və düzgündürsə, istehsal edən ölkənin adı qeyd olunubsa, böyük ehtimalla, bu, həmin ətrin əslidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!