Üz dərisini necə cavan saxlamaq olar

Üz dərisini necə cavan saxlamaq olar
Gözəllik sirləri
10.09.2017 69
25 yaşından başlayaraq üz dərisində qocalma prosesləri başlayır.

İllər keçdikcə dəri daha quru və nazik olur, qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir, dəri solğun görünür və s.



Bütün bunlar təbii proseslərdir və orqanizmin ümumi qocalması ilə
bağlıdır. Lakin bu prosesləri dayandırmaq mümkün olmasa da, xeyli
ləngitmək mümkündür.



Sadə məsləhətlərimiz dərinizi daha cavan və sağlam saxlamağa kömək edəcəklər.



Beləliklə,



1. Cavan yaşlardan mimikanıza ciddi fikir verin. Mimikanı mümkün qədər
"kasıb" edin. Əgər qadın daim alnını, burnunun qırışdırır, dodaqlarını
saxır, həddən artıq gülümsəyirsə və s., bu qırışların daha tez əmələ
gəlməsinə səbəb olacaq. Yapon qadınları qoca yaşlarına kimi üz dərisini
cavan və qırışsız saxlayır. Bunun əsas səbəblərindən biri onların
mimikadan az istifadə etməsidir.



2. Mümkün qədər az hallarda pudra və tonal kremlərdən istifadə edin. Bu
vasitələr dərinin məsamələrini qapayır ki, nəticədə dərinin nəfəsalması
pozulur. Bu isə üz dərisinin qocalmasını sürətləndirir.



3. Düzgün və xeyirli qidalan çox vacibdir. Bütün meyvə-tərəvəzlərin
tərkibində antioksidantlar var. Bu maddələr orqanizmdə və, o cümlədən,
üz dərisində gedən qocalma prosesləri ləngidir. Dəri üçün sitrus
meyvələri, qara qarağat, çiyələk çox xeyirlidir. Onların tərkibində
güclü antioksidant xüsusiyyətlərinə malik olan C vitamini var.



Bütün narıncı və qırmızı rəngdə olan meyvə və tərəvəzlər (kök, pomidor,
balqabaq, bolqar bibəri, ərik və s.) beta-karotinlə zəngindir.
Beta-karotin (A vitamini) orqanizmdə hüceyrələrin yenilənməsinə
cavabdehdir. Bahalı anti-age (cavanlaşdıran) kremlərin tərkibində olan
retinol A vitaminidir.



Qoz-fındıq da (qoz, fındıq, keşyu, badam və s.) dəri üçün çox
xeyirlidir. Onların tərkibində E vitamini və koenzim Q10 var ki, bu
maddələr hüceyrələrin regenerasiya (bərpa) proseslərini sürətləndirir və
qidalanmasını yaxşılaşdırır. Lakin qoz-fındıqdan süi-istifadə etmək
olmaz.



Balıq (xüsusilə qızılbalıq, siyənək, sardina, skumbriya) dəri üçün ən
xeyirli məhsullardan biridir. A, D vitaminləri, omeqa-3 yağlı turşularla
zəngin olan balıq dərini cavanlaşdırır, daha parlaq edir.



Bütün yarmalar (xüsusilə yumru ağ düyü, qəhvəyi düyü, qarabaşaq, yulaf
yarması və s.) dəri üçün çox xeyirlidir. Onların tərkibində çoxlu
miqdarda silisium mikroelementi var ki, bu mikroelement kollagenin
(dərini möhkəmləndirən maddə) hazırlanmasını stimullaşdırır. Bundan
əlavə yarmalarda çoxlu miqdarda B qrupu vitaminləri var. Bu vitaminlər
dərinin bərpasına kömək edir.



Qadının qidalanmasında kifayyət qədər yağlar (zeytun yağı, kərə yağı)
olmalıdır. Quru dəri daha tez qocalır. Yağlar isə dərini quruluqdan
xilas edir. Bundan əlavə yağlar yağlı turşularla zəngindir. Yağlı
turşular dərinin daha tez bərpasına kömək edir.



Süd məhsulları da (kəsmik, qatıq, təbii yoqurt və s.) dəri üçün çox
xeyirlidir. Bu məhsulların tərkibində dərinin vəziyyəti üçün çox vacib
olan zülallar, kalsium, selen kimi mikroelementlər var.



Hal hazırda qadınların əksəriyyəti arıqlamaq üçün müxtəlif pəhrizlərdən
istifadə edir. Lakin qadınlar bunu da bilməlidir ki, tez bir zamanda
arıqlama üz dərisinin vəziyyətinə olduqca mənfi təsir edir.



4. Suyun kifayyət qədər qəbul edilməsi dərinin cavan və sağlam qalması
üçün çox vacibdir. Hər gün 8-10 stəkan təmiz su qəbul etmək lazımdır. Su
dərini quruluqdan xilas edir, orqanizmi qocalma prosesləri
sürətləndirən ziyanlı maddələrdən (şlaklar, toksinlər və s.)
təmizləyir.



5. Üz dərisini cavan saxlamaq istəyən qadın mütləq hərəkətli olmalıdır -
bədən tərbiyəsi, idmanla məşğul olmalıdır, tez-tez açıq havada
gəzməlidir. Fiziki aktivlik orqanizmdə qan dövranı yaxşılaşdırır. Bu isə
bütün orqanizmin və, o cümlədən, üz dərisinin cavan və sağlam qalması
üçün əsas şərtlərdən biridir.



6. Qadınların əksər hissəsi bilir ki, yuxunun az olması üz dərisinə
mənfi təsir edir. Bu həqiqətdir. Üz dərisini cavan saxlamaq istəyən
qadın kifayyət qədə yatmalı və dincəlməlidir, stress və
həyacanlamalardan uzaq olmalıdır.



7. Xüsusi kosmetik massaj, qidalandırıcı və nəmləndirici maskalar və kremlər üz dərisini cavan saxlamağa kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!