İdeal dəri rənginə nail olmaq üçün 10 təbii məhsul

İdeal dəri rənginə nail olmaq üçün 10 təbii məhsul
Gözəllik sirləri
10.09.2017 41
Dərinin gözəl qaralması üçün müəyyən pəhriz vacibdir.
Belə ki, müəyyən məhsullar vardır ki, onlar meloninin istehsalını
stimullaşdırır və tunc rəngli dərinin uzun müddət qalmasını təmin edir.
Beləliklə dərinin təbii qaralma prossesinə kömək edən 5 əsas inqrediyent
var:
- Amin turşuları - tirozin və triptofan. Onlar dəriyə qaralma piqmentini verən meloninin istehsalını stimullaşdırırlar.
- Dərini sərbəst radikallardan qoruyan beta- karotin. O, orqanizmin
yanıqlardan, şüalanmadan təbii müdafiəsini aktivləşdirərək, hüceyrələrin
membranlarının dağılmasının qarşısını alır.
- E vitamini ən güclü antioksidant olaraq, sərbəst radikallardan
müdafiəni təmin edir və dərini vaxtından tez qocalmadan qoruyur.
- Selen dərini günəş şülaraından qoruyur və dərinin quruluğu və yanıqlar kimi xoşagəlməs qaralma nəticələrindən müdafiə edir.
- Likopon isə sərbəst radikallardan qorumanı 2 dəfə artırır, meloninin istehsalını tezləşdirir və gözəl dəri rəngini təmin edir.
Təbii ki, bu 5 elemti qida məhsullarında əldə etmək olar. Sadəcə məhz
yay aylarında istədiyiniz nəticəni əldə etmək üçün, bu elementlərin
hansı məhsullarda daha çox olmasın bilməniz yaxşı olardı. Beləliklə sizə
bu elementlərlə zəngin olan məhsulların siyahısını təqdim edirik:
1. Kök.
Bu məhsulun tərkibində çoxlu miqdarda beta-karotin vardır. O isə zaqarın
uzun müddətli olmasına kömək edir. Bu nöqteyi nəzərdən əsasən kök
şirəsi çox effektiv sayılır. Günəş vannası qəbul etməzdən öncə 1 stəkan
kök şirəsi içmək məsləhətdir.
2. Ərik.
Onun tərkibində beta-karotin, B,PP qrup vitaminləri, dəmir, fosfor və
bioflavonoidlər vardır. O həmçinin ultrabənövşəyi şüalardan qoruyur.
İntensiv çalar almaq üçün gündə 200 qr ərik yemək məsləhət görülür.
3. Şaftalı.
Tərkibi kaliy, dəmir, beta-karotin, C, PP, B qrup vuitaminləri ilə
zəngin sayılır. Melanin piqmentinin istehsalına kömək edərək, dərini
yanıqlardan qoruyur.
4. Üzüm.
Tərkibində A, PP, C və B qrup vitaminləri və askorbin turşusu vardır.
Dəri xəstəliklərinin qarşısını alır, zərərli hüceyrələri öldürür, immun
sistemi gücləndirir və orqanizmin sağlam su balansının qorunmasına
kömək edir.
5. Qulançar.
Tərkibi çoxlu sayda asparaqin, A, C, PP və B qrup vitaminləri ilə
zəngindir. Dərini ultrabənövşəyi şualardan qoruyur və dəri xərçənginin
inkişafını qarşısını alır.
6. Yemiş.
B1, B2, PP, C vitaminləri, dəmir, kaliy və beta-karotinlə zəngin olması zaqarın yaranmasın tezləşdiri və rəngi gücləndiri.
7. Pomidor.
Tərkibində likopin, B qrup vitamini və minerallar vardır. Turşumanın
qarşısını alır və dəri xərçəngini profilaktikasın təmin edir. Cəmi 1/2
stəkam tomat şirəsi günəşdən yüngül qorunma kremlərinin effektini verə
bilir.
8. Qarpız.
Digər məhsullarda olduğu kimi, onun da tərkibində beta-karotin, kaliy,
dəmir, B1, B2, C, PP vitaminləri vardır. O dəri hüceyrələrini
ultrabənövşəyi şüalardan qoruyur və nəinki dərini su balansını həmçinin
bütün orqanizmin su balansını normallaşdırır.
9. Balıq və dəniz məhsulları.
Bu məhsullarda A, D, E vitaminləri, omeqa-3 və 6 turşusu və tirozin
vardır. Zərərli ultrabənövşəyi şülaradan qorumanı təmin edir, sərbəst
radikalların hərəkətini neytrallaşdırır, su balansını bərpa edir və
dəridə olan quruluğu götürür.
10. Ət və ciyər.
Bir sıra mikroelementlərlə zəngindir və tirozinin mənbəyidir. Bu
məhsullar da melonini istehsalını stimullaşdırı o isə öz növbəsində
zaqarın dəridə uzunmüddətli qalmasına kömək edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!