Gün eynəyini düzgün seçmək üçün 5 məsləhət

Gün eynəyini düzgün seçmək üçün 5 məsləhət
Gözəllik sirləri
10.09.2017 13
Alimlər parlaq günəşin gözlər üçün ziyanlı olduğunu isbat ediblər.
Yay aylarında günəş şüalarının təsiri daha intensiv olduğundan bu
müddət daha da ziyanlı sayılır.

Məhz bu səbəbdən bir çoxlarımız yay aylarında günəş eynəklərindən
intensiv istifadə edirik. Bu həkimlərin fikrinə görə mütləq sayılır. Bu
məqalədə sizə, günəş eynəyini düzgün seçmək üçün bir neçə məsləhət
verəcəyik:



1. Plastik yoxsa şüşə?

Yadda saxlayın ki, yüksək dərəcədə tündləşdirilmiş linzalar, heç də
keyfiyyətli və qoruyucu demək deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz
eynəklər, nəinki xeyirsiz sayılır,onlar hətta gözlərə travma vura
bilirlər. Səbəb odur ki, tünd şüşə arxasında göz bəbəyi genişlənir,
nəticədə arasından daha çox işıq keçmiş olur.



Şüşə eynəklər, tam olmasa da ultraviolet şüaların qarşısını alır.



Polikarbonatdan hazırlanan plastik linzalar, yalnız A və B tipli
ultrabənövşəyi şüaların qarşısını ala bilir.. Orqanik linzalar
sınmırlar, lakin onların səthində cızıqların daha tez yaranması
səbəbindən bu tip linzalarla daha ehtiyyatlı olmanız məsləhət görülür.



2. Əlavə vərəq tələb edin.(qoşma)

Keyfiyyətli gün eynəklərini optikalarda və yaxşı eynək mağazalarından
almaq olar. Bu eynəklər əsasən markalanmış (nişanlanmış) olurlar və
onların hər birinə əlavə kağız aid edilir. O kağızda eynəyin günəşdən
qorunma səviyyəsi və onu hansı hallarad taxmanız göstərilir. Ümumilikdə
0-4 qədər müxtəlif qoruma dərəcəli 5 filter kateqoriyası vardır.



3. Polyarizasiya və fotoxrom.

Polyarizasiya linzalar gözləri günəşdən qoruyur və işığın əks təsirini
keçirtmir. Həkimlər adətən belə eynəkləri göz əməliyyatı keçirən
insnlara məsləhət görürülər . Xameleon eynəklərdə foroxrom linzalar
istifadəsi isə tez -tez məkandan küçəyə çıxdıqda rahat sayılır.



4. Böyük yoxsa balaca?(ölçü)

Ölçüyə gəldikdə, ən düzgün seçim böyük ölçülü eynəklər sayılır. Bu model
eynəklər nəinki gözləri, həmçinin gözətrafı dərini qoruyurlar. Günəş
işığında tez-tez gözləri qıydığımıza görə gözətrafı zonada qırışların
əmələ gəlməsi müşahidə olunur.



5. Linzanın rəngi.

Ən münasib linzalar - yaşıl, boz , qəhvəyi rəngdə və bu rənglərin
çalarlarında olan linzalardır. Bu rənglər rəngləri az korlayır,
şüalanmanı yaxşı özünə hopur və gözə müsbət təsir edir. Çəhrayı,
qırmızı, narıncı və göy rəngli linzalar gözləri tez yorur.



Görmə qabiliyyəti və gözətrafı zonanın çox incə olduğunu nəzərə alaraq,
gün eynəyi alarkən bir neçə rəngli, modelli,keyfiyyətisiz eynək
almaqdansa çox vacib olan görmə qabiliyyətinizi qorumaq üçün 1, yalnız
keyfiyyətli məhsul almağınız məsləhət görülür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!