Qadınların yaşını bildirən 7 bədən üzvü

Qadınların yaşını bildirən 7 bədən üzvü
Gözəllik sirləri
10.09.2017 18
Bir qadın yaşını nə qədər gizləməyə çalışırsa çalışsın, bədəndə əsla
yalan söyləməyən, insanın yaşını ələ verən bölgələri vardır. Keçən
illərin buraxdığı yaşlılıq izləri, bu bölgələrdə özünü müəyyən edər.
Xüsusilə 7 hissə var ki, bu bölgələrdəki deformasiyalar, yaş mövzusunda
qarşıdakı insanı heç yanıltmazlar. Bu bölgələrin başında da dirsəklər,
əllər və ayaqlar gəlir.



Çox vaxt bu bölgələrdə estetik müdaxilələrlə yaşlılıq izləri yox edilə
bilər. Yaxşı bəs tək həll, estetik cərrahiyyədirmi? Təbii ki, xeyr.
Doğru və nizamlı olaraq bu bölgələrdə edəcəyiniz qulluqlarla, yaşınızı
müəyyən edən bölgələrinizi illər əvvəlinə döndürə bilərsiniz.



Məhz o 7 bölgə və bu bölgələrə tətbiq olunan yaşlanma əleyhdarı baxım təklifləri ...



1- ƏLLƏR. Bunu unutmayın ki, əllər yaşı ortaya çıxaran ən əhəmiyyətli
bölgədir. Əllər, davamlı olaraq çöldə olduğu üçün, soyuq, günəş, külək
... və s. xarici bütün faktorlara məruz qaldığından ən tez qocalan
bölgələrdən biridir. Buna görə əllərdən qulluq və diqqəti əskik etməmək
lazımdır.



HƏLL. Üzünüzə və bədəninizə necə günəş kremi sürtüb günəşdən qorumağa
çalışırsinizsa, çölə çıxarkən əllərinizin üzərinə də qoruyucu krem
sürtməyə laqeyd yanaşmayın. Əllərdəki dəri, nazik və incə quruluşa malik
olduğundan, günəş də daxil olmaqla, çöldəki bütün mənfiliklərdən
təsirlənir. Bu mənfi təsirlərin qarşısını almaq üçün əllərinizi qoruyucu
kremlərlə qorunmaya almalısınız.



2- BOYUN. Boyun dərisi də, əllər kimi incə quruluşa malikdir. Buna görə,
UV şüalarına qarşı bir xeyli zəifdir və əgər lazım olan diqqət
göstərilməzsə irəliləyən zaman içində bu bölgədə sallanmalar və qırışlar
meydana gəlməsi qaçınılmazdır.



HƏLL. Üz bölgənizdə istifadə edilən dəri baxım məhsullarını, boyunuza da tətbiq etməyə laqeyd yanaşmayın.



3- DİRSƏKLƏR. Dirsəklər, gün boyu bir çox iş edilərkən, dəstək alınan
bir bölgə olmasına baxmayaraq, baxımına laqeydlik edilən bölgələrdəndir.
Dirsəklərdəki dəri, elastik bir quruluşa sahib olsa da zamanla
deformasiya olur.



HƏLL. Dirsək dərisində yaranan sallanmaları təkrar yığışdırmaq çox
təəssüf ki, mümkün deyil. Ancaq, nizamlı olaraq nəmləndirici istifadə
etmək, dəridəki qurumaların qarşısına keçə bilər.



4- SİNƏ DEKOLTESİ. Sinənizin üstündə heç bir zaman qırış və ləkə görmək
istəmədiyinizi yaxşı bilirik. Lakin günəşə ən çox məruz qalan
bölgələrdən biri sinəniz olduğundan, günəşin zərərlərindən ən çox
təsirlənəcək bölgələrinizin biri də dekolte bölgəniz olur.



HƏLL. Havanın günəşli ya da günəşsiz olması fərq etməz, əgər çölə
çıxdığınızda sinə dekolteniz açıqda qalırsa, günəş qoruyucu kreminizi
dekoltenizə də sürtməyi unutmayın.



5- AYAQLAR. Bütün ağırlığımızı daşıyan, ayaqqabıların içində sıxılıb
qalan ayaqlarımıza, əslində haqsızlıq edirik. Çünki onlara lazım olan
əhəmiyyəti vermədiyimizdən, ayaq dərisi isti və soyuqdan təsirlənir,
quruyub, çatlayır.



HƏLL. Bunun ən asan həlli nizamlı ayaq baxımı meydana gətirməkdən keçir.
Ayaqlarınızı nəmləndirib günəş şüalarından qoruduğunuzda, onlar da
sizin yaşınızı ələ verməyəcək.



6- DİZLƏR. Illər keçdikcə dizlərin üzərindəki dəri, elastikliyini itirib
narahatedici, sallanan, qaralmış bir görünüşə səbəb ola bilər.



HƏLL. Dizlərinin yaşınızı ələ verməməsi üçün, dizləri gücləndirici
məşqlər etməyi sınaya bilərsiniz. Xüsusən möhkəmləşdirici kremlər
vasitəsilə problemli sahələrin qırışmasının, qaralamasının qarşısını
alın...



7- SAÇLAR. Yalnız ağaran saçların, yaşlı göstərəcəyi kimi bir düşüncəyə
qapılmayın. İllərlə günəş, boya, düzləşdirmə və ya qıvırma kimi istilik
verən, zəiflədən əməliyyatlara məruz qalan saçlarımız, zamanla keçmiş
sağlamlığını itirir. Çünki bütün bu əməliyyatlar saç toxumalarına zərər
verir və bu da xarici görünüşdə əks olunur.



HƏLL. Yumşaq saçlara çatmanın yolu, onu nəmləndirməkdən keçir. Mat və
cansız görünən saçlardan xilas olmaq üçün, saç kremi, maska və serum
kimi məhsullar istifadə edərək saçınızın yaşınızı ələ verməsinə maneə
törədə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!