Ətir seçərkən nələrə qiqqət yetirməli

Ətir seçərkən nələrə qiqqət yetirməli
Gözəllik sirləri
10.09.2017 13
Ətirlərin tarixi lap qədim zamanlara gedib çıxır. Belə ki, ətirlər haqqında qədim Misir papiruslarında məlumat verilib. İlk ətirlər tüstü formasında olub. Daha sonra ətirlər ağ maye ilə əvəz olunub. Ətirlərin yaranma məqsədi pis qoxuları aradan götürməkdən ibarət olub. İlk ətirlər qızılgül ləçəklərindən hazırlanırdı. XIV əsrdən etibarən isə ətirlərə spirt vurulmağa başlanılıb.

Bəzən ətirlərin müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb olduğu deyilir. ətirlər körpə uşaqlara zərər verə bilər. Belə ki, onların ağciyərləri hələ tam inkişaf etmədiyindən, ətirlərin tərkibində olan kimyəvi maddələr ciyərlərə ziyan vura bilər:

"Bundan əlavə ətirdən istifadə göz xəstəlikləri (gözə düşərsə), dəri xəstəliklərinə (həssas insanlarda) də səbəb ola bilər. İngiltərə alimlərinin araşdırması zamanı məlum olub ki, ətirlərin tərkibinə vurulan maddələr burnun tutulması, göz yaşarması, bəbəklərin quruması, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ikili görmə, asqırma və öskürək, qulaqlarda küy, cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbiləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq və. s. bu kimi xəstəliklərə səbəb olur".

Bəs insanların arasında seçilmək üçün hansı qoxulara üstünlük vermək lazımdır? insanlara ən çox ədviyyat qoxusunu əks etdiən qoxular təsir edir. Belə ətirlər afrodizyak ətirlər adlanır: "Kişilərin diqqət mərkəzində olmaq üçün afrodizyak qoxulara üstünlük vermək lazımdır. Bu qoxuların içində darçın qoxusu cəzbedicidir. Ətir seçən zaman darçın qoxulu ətirlərə üstünlük verməniz, sizi diqqət mərkəzində edəcək".

Ekspert bildirir ki, vanil qoxusu da insanlara təsir edir. Belə ki, yaxın keçmişdə vanil cinsi problemlərin həll edən ədviyyatlardan sayılırdı.

Günümüzdə vanil qoxulu bir çox ətirlər satılır ki, bu qoxu da kişilərin sevdiyi qadın ətirlərindəndir.

Lavanda çiçəyinin qoxusu isə olduqca fərqli təsirə malikdir. Bu qoxu insanı gün ərzində yorğunluqdan qorumaqla yanaşı cinsi hissləri də gücləndirir.

Qadınlar ətir seçərkən mövsümi ətirlərə üstünlük versələr, bu, onlarda özünə inamı daha da gücləndirər. Belə ki, yaz mövsümünə uyğun yüngül, çiçək qoxularından istifadə edilməlidir. Bu zaman insan özünü daha təravətli və xoşbəxt hesab edir: "Yaz qoxuları insanda yaşama həvəsini artırır. Romantik olduğunuzu hiss etdirmək istəyirsinizsə, çiçək qoxularına üstünlük vermək lazımdır".

Qalıcı və ovsunlayıcı ədviyyatlı qoxuları isə xüsusilə qış və payız mövsümündə istifadə etmək uyğundur. Bu qoxular insana güc və cazibədarlıq hissi verir: "Şirin qoxular hər mövsüm üçün uyğun olsa da, bu qoxular fərdilik daşıyır. Özünüzü gənc və gümrah hiss etmək istəyirsinizsə, şirin qoxulardan istifadə etməyiniz məsləhət görülür. Çünki şirin qoxular indivudal olsa da, ehtiras yaradır".

Çiçək qoxuları əsasən, çiçəklərin yarpaqları, yağ və toxumlarından alınır. Meyvə qoxuları isə təzə və yüngül qoxulardır. Meyvə qoxuları əsasən bergamot, limon, portağal, naringi və portağal çiçəklərindən çəkilir.

Məsələn, gənclər meyvə və sabun kimi yüngül qoxulara üstünlük verməlidirlər, yaş artdıqca, ədviyyat və çiçək qoxuları seçə bilərlər. Ətir seçərkən dəri tipi də nəzərə alınmalıdır. Çünki əsmər xanımlara yaraşan qoxular sarışınlara uyğun olmaya bilər.

Almazovanın sözlərinə görə, ətirlərin qalıcılığı dəridən də çox asılıdır. Belə ki, yağlı dərilərdə ətirlərin qoxusu daha qalıcı olur. Bu səbəbdən də quru dərili xanımlarda ətirlər daha tez bitir: "Yağlı dərisi olanlar ədviyyat qoxularına, quru dərililər isə çiçək qoxularına daha çox üstünlük verməlidirler

ətirlərin qabları da ətirlər haqqında məlumat verir. Məsələn, ağ qabda klassik, bahalı, zadəgan və saf ətirlər qablaşdırılır.

Psixoloqların fikrincə, qoxuların da öz dili var. Bəzən insanların deyib ifadə edə bilmədiyini qoxular vasitəsilə anlamaq mümkün olur. Bəs insanlara ən çox hansı qoxular təsir edir? Psixoloq Ülviyyə Hüseynovanın fikrincə, ətir hədiyyə alan zaman ətrin qabına baxıb, o insan haqqında müəyyən məlumatlar əldə edə bilərsiniz: "Sarı qablı ətir gətirən insan qaynar, şən, əyləncəli, həyat sevinci ilə dolu portağal rəngli ətir hədiyyə verən insan təsiredici, canlandırıcı, dinamik ruhlu insan olur. Ümumiyyətlə, ətirləri seçərkən qablarına diqqət yetirmək lazımdır".ətirlərin həvəsləndirmə qabiliyyəti olduğu kimi, depressiya yaratmaq, stresə salmaq qabiliyyəti də var. Belə ki, ilk seçimdə bəyəndiyiniz qoxu sonradan sizi bezdirə, yora və hətta ruhdan sala bilər. Buna görə ətir seçəndə az miqdarda olan ətirlərə üstünlük vermək lazımdır.

Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər ehtiraslı olduğunu bildirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!