Kiçik hiylələrlə ən azı 10 yaş gənc görsənə bilərsiniz

Kiçik hiylələrlə ən azı 10 yaş gənc görsənə bilərsiniz
Gözəllik sirləri
10.09.2017 50
Bir neçə makiyaj hiyləsiylə illərə meydan oxumaq mümkündür. Doğru makiyaj üsulu ilə olduğunuzdan daha gənc görünə bilərsiniz.



Gözəllik bölməsi gənc görünmək üçün vacib olan makiyaj hiylələrini təqdim edir:



1.Qaz ayaqlarını gizlədin

Göz ətrafındakı dəri üzün ən həssas yeridir. Dəri tipiniz yağlı olsa belə, göz ətrafı qurumağa meyilli olur.

Quruluq isə göz ətrafının qırışmasına, yəni qaz ayaqları dediyimiz
cizgilərin meydana gəlməsinə səbəb olur. Xanımlar göz ətrafındakı qaz
ayaqlarını çox vaxt tonal kremlə örtməyə çalışırlar. Ancaq bu ən pis
makiyaj vərdişidir. Göz ətrafındakı qaz ayaqlarını gizlətmək üçün xüsusi
korrektordan və pudradan istifadə etməlisiniz.



2. Dodaqlarınızı dolğunlaşdırın

Yaş irəlilədikcə dodaqlar incəlir. Dodaqlarınızı dolğunlaşdırmaq sizi
daha gənc göstərəcək. Bunun üçün təbii rəng çalarlarında olan, dodaq
rənginizdən çox fərqlənməyən dodaq boyalarına üstünlük verin. Çatlaq
dodaqlar sizi yaşlı və baxımsız göstərir. Ona görə də daim çantanızda
dodaq balzamı gəzdirin. Balzamı gündə ən az 4-5 dəfə çəkin.



3. Bığ bölgəsindəki qırışıqlıqları aradan qaldırın

Dodağın üstündə, yəni burunla dodağın arasındakı bölgədə qırışıqlar
30-40 yaşlı qadınlarda meydana gəlir. İnsanı yaşlı göstərən bu
qırışıqlar siqaret aludəçilərində, sağlam qidalanmayanlarda daha çox
müşahidə edilir.

Makiyaj edərkən bu qırışıqlıqları dəri tonunuzdan daha açıq rəngdəki
korrektorla örtün. Korrektorun keyfiyyətli olması çox önəmlidir. Əks
təqdirdə, bir müddət sonra yığılaraq üzünüzdə xoş olmayan görüntüyə
səbəb ola bilər.



4. Tonal krem seçərkən diqqətli olun

Tonal krem seçərkən diqqətli olmalısınız. Dəri rənginizdən 1 ton açıq və
mümkündürsə sarının çalarlarında olan tonal kremlərə üstünlük verin.
Çünki sarı rəng dərini daha gənc görünməsini təmin edir. Toz halındakı
məhsullar daha yaşlı görünməyinizə səbəb ola bilər. Ona görə də pudradan
istifadə etməyiniz məsləhət deyil.



5. Ənliyi almacıq sümüklərinin üzərinə çəkin

Ənliyi üz quruluşunuzu nəzərə alaraq yanağın uyğun bölgəsinə
çəkməlisiniz. Yaş çoxaldıqca qadınların üzləri aşağı doğru sallanır. Bu
problemin öhdəsindən gəlmək və daha gənc görünmək üçün ənliyi almacıq
sümüklərinizə çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!