Uzun və sağlam kirpiklər üçün nə etməli?

Uzun və sağlam kirpiklər üçün nə etməli?
Gözəllik sirləri
10.09.2017 84
Gözəl görünüşlə yanaşı, kirpiklər göz sağlamlığında da əhəmiyyətli bir
rola sahibdirlər. Uzun, gur və sağlam kirpiklər çox qadının gözəllik
siyahısındakı diləklərindən biridir. Ancaq əlbəttə ki, hər kəs təbii
olaraq gur, uzun və sağlam kirpiklərə sahib ola biləcək qədər şanslı da
deyil.

Yaşlandıqca kirpiklərin böyüməsi dayanar və daha seyrək hala gələrlər.
Kirpiklər öz həyat dövrünü qurtardıqda ən az bir dəfə tökülürlər.
Zəifləyən və düşən bir kirpiyin böyüməsi isə təxminən 2 ay və ya daha
uzun çəkə bilər. Və nəticədə, həcmli kirpiklərə sahib olmaq bir da
çətinləşir. Bu vəziyyət istər məşhur olsun, istər sıravi bir adam, hər
kəs üçün keçərlidir. Yaxşı, bəs kirpik barəsində məşhurların gözəllik
sirləri nədir? Təbii görünüşlü, uzun və gur kirpiklərə sahib ola bilmək
üçün bir çox seçim vardır.



Təbii yollarla kirpikləri böyütməyə başlamazdan əvvəl, ilk mərhələdə
onların tökülmə səbəbini tapmaq lazımdır. Stress və bəzi dərmanların yan
təsirləri kirpiklərin düşməsinə səbəb ola bilər. Ayrıca, qalxanabənzər
vəzin funksiyası pozulduğunda, müxtəlif allergiyalar və hormonal
müalicələr də kirpik itkisinə səbəb ola bilər. Bu cür sağlamlıq
problemlərindən şübhələnirsinizsə, ilk əvvəl bir mütəxəsissə
görünməyinizdə fayda var.



Kirpik artımı üçün vitamin dəstəyi: Biotin, həm saç, həm də kirpiklərə
güc və uzunluq verən suda əriyən bir B qrupu vitaminidir. A vitamini də
bədəndə hüceyrə və toxumaların sağlam inkişafında mühüm rol oyanayıb
kirpiklərin böyüməsini təmin edərlər. E vitamini isə qan dövranını
xəbərdar edərək, təbii yollardan kirpiklərin böyüməsinə köməkçi olar.



Göz üçün düzgün makiyaj seçin: Tuş, gözlərinizi daha gözəl göstərmək
üçün effektiv bir yoldur, amma eyni zamanda kirpik itkisinə səbəb olur.
Təbii və sukeçirməz tuş seçin. Hər gün kirpikqatlayandan istifadə
etməkdən qaçının. Bunlar kirpiklərin uclarını zəiflədər. Kirpiklərin ən
pis düşməni siz ola bilərsiniz. Tuşla yatmaq, su keçirən tuşlar, tez-tez
gözləri ovuşdurmaq, göz qapaqlarındakı asılma və sürtünmələr hamısı
kirpiklərin aşınmasına və köhnəlməsinə səbəb ola bilər.

Kirpikləri bəsləmək üçün: Hind yağı.

Hind yağı kirpiklərin nəmli və yumşaq olmasına köməkçi olan, əsrlərdir istifadə edilən təbii bir həlldir.

Gecə vazelin tətbiqi kirpiklərinizin kövrək hala gəlməsini önləməyə
köməkçi olar. Ancaq həqiqi bir kirpik möhkəmlətmə müalicəsi üçün,
gənəgərçək yağını sınaya bilərsiniz.

Kirpik kremləri və ya E vitamini: Saç baxımında istifadə etdiyiniz
kimi kirpikləriniz üçün də kirpik kremləri istifadə edə bilərsiniz.
Ümumiyyətlə, keratin ya da biotin kimi zülallar ehtiva edən kirpik
kremləri də kirpikləri gücləndirməyə, nəmləndirməyə, uzanmasına və hətta
qırılmalarını önləməyə köməkçi olarlar. Yatmadan əvvəl kirpiklərə
zeytunyağı, ya da E vitamini tətbiq edin və səhər yuyun. Bu
kirpiklərinizi gücləndirmək və uzanmalarını sürətləndirəcək.

Yaşıl Çay: flavonoid baxımından zəngin olan yaşıl çay, güclü bir
antioksidant olmasının yanında kirpik böyüməsi üçün də istifadə edilə
bilər. Bir pambıq ilə kirpiklərə soyuq və şəkərsiz yaşıl çay tətbiq edin
və gözünüzün içinə maye axmamasına diqqət yetirin.

Zeytun yağı - Badam yağı - Hind yağı: bütün yağlardan 1 qaşıq
qarışdırın. Bir pambıq köməyi ilə yatmadan əvvəl kirpiklərinizə tətbiq
edin.

Yumurta ağı və gənəgərçək yağı: Hər iki vəsaitdən 2 damla alın və
qarışdırın. Kirpiklərə bu qarışığı sürtün və gecə boyunca saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!