Gözəllik nə dərəcədə vacibdir?

Gözəllik nə dərəcədə vacibdir?
Gözəllik sirləri
10.09.2017 56
Gözəllik adamdan- adama dəyişən estetik bir anlayışdır. Kişilərdə yaraşıqlılıq vardır, doğuşdan bəri bir cazibə axtarırlar. Qadınlarda da təbii gözəllik, bir baxışda gözə estetik və uyğun gələn üz və bədən xəttləri vardır. İlk baxışda eşqə də ümumiyyətlə gözəllik və yaraşıqlılıq səbəb olur. Qadınların həyatının əhəmiyyətli bir hissəsini gözəllik və estetiklə əlaqədar işlər əhatə edir. Qadınlar yaradılış baxımından buna meyllidir. Həmişə formada, gözəl və qəşəng görünmək istəyirlər. Qadın jurnallarında bir qadının marağını ən çox çəkən hissələr gözəllik və eşq əlaqələridir. Bir kişinin marağını çəkə bilsək ancaq özümüzə etibarımız geri gəlir və gözəl olduğumuzu hiss edirik.Həyatında biri olmayan bir qadın aynada da təkdir. Nə qədər özünə qulluq etsə də, ğzünü bədbəxt və baxımsız hiss edir. Qısacası, gözəllik anlayışı qadınlarda daha çox psixolojidir. Kişilərdən soruşulduqda isə, bir qadın ancaq ən təbii və qüsursuz halıyla gözəl ola bilər. Bu baxımsız və diqqətsiz olması mənasını verməz. Təbii ki özünə diqqət göstərməli, qəşəng və təmiz hətta uyğun geyinməlidir. Həddi aşmayacaq dərəcədə saçını formaya salmalı və makiyaj etməlidir. Ancaq əsla şəxsiyyətini əks etdirməyənbir görünüşə bürünməməlidir.Gözəllik, çox insanda olsa da, içdən gəlir. Xoşbəxt və dinc bir qadın və ya adam bütün pozitifliyini xarici görünüşünə istər-istəməz əks etdirir. Gözəllik haqqında bu qədər danışdıq. Yaxşı, qadın kişi əlaqələrində gözəlliyin mövqeyi necədir? Yalnız yaraşıqlı və ya gözəl insanlarınmı sevgilisi və ya həyat yoldaşı olur? Təbii ki xeyr. Kimisinə görə, dalğalı saçlı, xoş bir gülüşü olan bir qadın aşiq olunacaq qadındır. Kimisi üçün qadının çox gözəl gözləri olması kifayətdir. Kimisi üçün isə danışma qabiliyyəti təsirli ola bilər, baxışları zövq oxşaya bilər. Eşq tərifi qeyri-mümkünbir hissdir. Gözəllik də elə bu cür xüsusiyyətə malikdir.Cəmiyyətimizdə gözəllik anlayışı daha çox eşqlə və ya əlaqəylə qarışdırılır. Elə düşünürlər ki, o olmazsa digəri də olmaz. Bunun belə olmadığını əslində hamımız bilirik. Gözəllik, həyatı boyunca toplaya bildiği qədər çox xoşbəxtlik, dinclik və məhsuldarlıq toplamaqdır. Ancaq bu tip insanlarda gözəllik vardır. Yoxsa siz çox cazibədar, maniken kimi gözəl olun nə əhəmiyyəti var! Həyatın içinə girib bu xüsusiyyətlərə malik olsanız demək siz gözəlsiniz.Qarşınızdakı insanlara bir şeylər əlavə edə bilirsənız, yanınızda özlərini xoşbəxt, rahat və xüsusi hiss edirlərsə, siz ancaq o zaman gözəlsiniz. Buraya kimi yazdığım cümlələrdə gözəllik anlayışını bir az dəyişik bir istiqamətdə sizə izah etməyə çalışdım. Çünki bir şeyin hiss edilməsini istədim. Gözəllik əvvəl də dediyim estetik bir anlayış olaraq bilinir. Halbuki, gözəllik mücərrəd və konkret mənalar ehtiva edən bir anlayışdır.Bu sizdən asılıdır. İstər bir xarakter, xasiyyət, bir mahnının melodiyası, bir baxış, gülüş, öpüş olsun, istərsə də çox gözəl bir qadın, yaraşıqlı bir adam, möcüzəvi bir ev və ya avtomobil! Siz, yetər ki, bu həyatda hər şeyi gözəl görməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!