Ətirlər haqqında 4 yeni məlumat

Ətirlər haqqında 4 yeni məlumat
Gözəllik sirləri
10.09.2017 15
Siz orijinal ətir almaq istəyirsinizsə, bu zaman aşağıda qeyd elədiyim bəzi məsləhətlər köməyinizə gələcək.



1. Qablaşdırma

Ilk öncə tualet suyunun və ya ətirin qablaşdırmasına diqqət edin. O yaxşı keyfiyyətdə və davamlı olmalıdı. Sallofanla örtülübsə ətrin qabı bu zaman nəzər yetirmək lazımdı ki, sallofan qutuya tam şəkildə oturmuş olsun. Həmçinin də sallofanın aşağı və yuxarı hissələrdə aşağıdakı şəkildə bir birinə tikilmiş olsun.

Yəni orijinal ətirlərin qablaşdırılmasında sallofanın küncləri bir birinə xüsusi tikilir və ştamp formasında görsənir. Saxta məhsulda adi kley və ya oxşar vasitələrlə yapışdırılır və davamsız olur.

Yeri gəlmişkən qəliz dizayna malik flakonlar da orijinallıq zəmanəti hesab oluna bilər belə ki, onların saxtasını yaratmaq çox çətindi.



2. Yazısı

Orijinal məhsulun yazısı hər zaman dəqiq və səliqəli olur. Adı isə mütləq ingilis və ya fransız dillərindən birində olmalıdır. Əsl fransız ətri heç vaxt "parfume” şəklində yazılmır. Doğru olaraq "parfum” e ( yəni E dırnaqdan sonra durur). Istehsalçılar haqqında məlumat da hər zaman " Made in ....” təşkil edir. Bundan başqa, əsl ətirdə yazılar həmişə malın adını göstərir, həmçinin də istehsalın tarixini, istehsalçı ölkəni, yararlıq müddəti, məhsul tərkibini. Diqqət yetirdikdə bəzən görmək olar ki, məhsulun adı doğru yazılmayıb. Məsələn " Kenzo” deyil " Genzo " olaraq.



3. Ştrix kod

Fransız tualet suyunun ştrix kodu "3” ilə başlayır. Hər ehtimala qarşı digər məşhur ölkələrin ştrix kodlarını təqdim edirəm. Böyük Britaniya – 50, İspaniya – 84, İtaliya – 80-83, Almaniya – 400-440



4. Flakon

Flakonun şüşəsi şəffaf olmalıdır. Əsl ətir heç vaxt metal qapaq ilə bağlanmır, çünki korlana bilər. Maye də həmçinin şəffaf olmalıdı, parlaq rəng saxtalıq əlamətidir. Son olaraq isə qiymətə diqqət edin. Əgər o çox cəlb edicidirsə çox güman ki, orijinal deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!