Yumşaq və hamar ayaqlar

Yumşaq və hamar ayaqlar
Gözəllik sirləri
10.09.2017 7
Dırnaq boyasını ləğv etmək üçün lazımi mayedən istifadə edin

Ayaqlarınızı isti su ilə müntəzəm yuyun, xüsusilə də barmaqların arasını. Masaj hərəkətləri ilə pəncələrə, barmaqların arasına və əsasən də kobudlaşmış yerlərə yumşaldıcı krem çəkin. Düzgün çəkilmiş krem dərini qidalandırır, qan dövranını yaxşılaşdırır və təravətləndirir. Qabıq verən kobudlaşmış dəri üçün bu prosedur lazım olduğu halda, yəni dabanlar arzuladığınız görkəm alana kimi hər gün təkrarlayın. Sonra bunu həftədə bir dəfə etsəniz də yetərlidir.

 Qidalandırıcı və yumşaldıcı kremlərdən yalnız pedikür vaxtı istifadə etmək lazım deyil. Ayaqların hər gün qayğıya ehtiyacı vardır. Yatmamışdan qabaq ayaqları yaxaladıqdan sonra krem çəkin və pambıq parçadan hazırlanmış corab geyinin. Səhər qalxanda ayaqlarınızın və xüsusilə də dabanlarınızın necə təravətli olduğunun şahidi olacaqsınız.

 

Baldırların dərisinin də qayğısına qalmağı unutmayın.

Bədənin bu hissəsində çox az piy vəziləri vardır ki, bu da dərinin tez-tez quruluğa məruz qalmasına səbəb olur. Əsasən də əgər idman və su prosedurları ilə məşğul olursunuzsa, bu, özünü daha qabarıq şəkildə biruzə verir. Əvvəlcə bədən üçün olan skrab vasitəsilə ölmüş hüceyrələr dəf edilir və sonra ayaq üçün olan yumşaldıcı qidalandıran vasitələr və krem çəkilir.



Ayaqlarınızı 15-20 dəqiqə istənilən vanna köpüyü əlavə olunmuş isti suya salın. Ayaqlar yaxalandıqdan sonra tam quruyana kimi silinir, dırnaqların ətrafındakı dəri hissəsinə dəri qabığını ləğv etmək üçün gel çəkilir. 2-3 dəqiqədən sonra həmin dəri qabığını kiçik çubuqla aralayın. Əgər bacarırsınızsa, onu naqqaş və ya qayçı ilə götürün.



Kiçik maşacıqların köməyi ilə dırnaqlara forma verin, dırnaqları cilalayın.



Bu qulluğu bitirmək üçün dırnaqlara qidalandırıcı vasitələr çəkin.   



Artıq dırnaqları istənilən boya ilə boyamaq olar. Əgər ayaqlarınız yorulursa, gün ərzində yorğun ayaqlar üçün nəzərdə tutulmuş və hətta uzunboğaz corabların üstündən belə çəkilə bilən spreylərdən isifadə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!