24 saata istədiyiniz görünüşə sahib olun

24 saata istədiyiniz görünüşə sahib olun
Gözəllik sirləri
10.09.2017 12
İstirahətə getmək istəyirsiniz, amma bədən formanız ürəyinizcə deyil? 24 saat müddətində istəyinizə nail ola bilərsiniz. Bu bir möcüzədir deməyin, xəbərin davamını oxuyun. Təklif edilən 10 məsləhət sizin üçündür. Qeyd edim ki, bu məsləhətlər daha çox çimərlikdə istirahət düşünənlərin işinə yarayacaq.

1. Bildiyimiz kimi çiy meyvə-tərəvəzlərin tərkibində bol su var. 24 saat içində bol-bol çiy tərəvəz və meyvə yesəniz qarnın bölgənizdə fərq edilən düzləşmə görəcəksiniz.

2. İstirahətə getməzdən bir gün əvvəl çox hərəkət edin. Ya idman edin, ya qaçış, ya da rəqs edin. Qeyd edim ki, bu üsul məşhurların da müraciət etdiyi üsuldur.

3. Karbohidratla zəgin yeməklər yeməyin. Son 24 saatda plov, makaron, ağ çörəkdən uzaq durun.

4. Yuxu rejimini mütləq nəzarətdə saxlayın. 7-8 saatlıq yuxu həm bədəninizdəki artıq şişləri yatırar, həm də dəriniz gözəlləşər.

5. Orqanizminiz şişkinliyə meyllidirsə, o zaman bağırsaqlarda yaranan köpün qarşısını almaq üçün yoğurt qəbul edin.

6. Uşaqdan böyüyə hamı bilir ki, çox miqdarda su qəbulunun orqanizmə çox böyük xeyri var. Gün ərzində 2 litrə yaxın su için.

7. Bilmədiyiniz bir sirri açaq. Tünd rəngli dəriyə sahib qadınların bədəni, ağ dərilərə nisbətən daha incə görünür. Buna görə də sprey kremlərdən istifadə etməyi unutmayın.

8. İstirahətə getməmişdə 1 gün qabaq qəti şəkildə spirtli içki qəbul etməyin.

9. Bildiyimiz bir məsləhəti yenidən xatırladaq. 24 saat boyunca duzdan uzaq durun. Duz qəbulu bədəndə su toplanmasına, bu da şişkinliyə səbəb olur.

10. Özünüzü çox xoşbəxt biri sayın. Bütün gözəllikləri düşünərək qamətinizi dik tutun. Bu sizi daha incə göstərəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!