Dəbdə 5 səhv

Dəbdə 5 səhv
Gözəllik sirləri
10.09.2017 8
Xanımlar hər zaman dəbə uyğun geyinməyi sevir. Zövqlü görünmək istəyən xanımlar bəzən geyimlərində səhvlərə də yol verirlər. Dəbdəki 5 yanlış addımı təqdim edir:



1. Dekolte

Seksual görünmək üçün bədəninizi çox nümayiş etdirməyin. Bu sizə seksual görünüş yox, adilik gətirəcək. Hədsiz dekolteli libas sizə pozitiv yox, mənfi baxışları cəlb edəcək. Buna görə də libaslarınızda az dekolteyə üstünlük verin.



2. Belsiz ətək və şalvar

Bu cür geyim hər insana yaraşmır. Belə ki, belsiz şalvar və ya ətək artıq piyləri büruzə verir. O, həm də ayaqları qısa, beli isə kök göstərir.  



3. Eyni dəb

Bədən ölçülərinin dəyişməsinə əhəmiyyət vermədən eyni stildə gəzən xanımlar heç də dəbli görünmürlər. Çalışın moda sahəsindəki yenilikləri izləyib, bədən quruluşunuza uyğun və sizə yaraşan libaslar seçəsiniz.



4. Enli və ya dar libas

Bədən quruluşunuzdan 1 ölçü kiçik şalvar geyinə bilərsiniz. Amma bu kənardan yaxşı görünürsünüz demək deyil. Eyni zamanda böyük ölçülü libasda əyninizdə gülməli görünəcək. Əgər böyük ölçüdə bir libası bəyənmisinizsə, dərziyə gedib onu özünüzə uyğun düzəltdirə bilərsiniz.



5. Yanlış parça

Bəyəndiyiniz paltarın parçasına da fikir verin. Çox nazik bir parça bədəninizdəki artıq piyləri büruzə verəcək. Parçanı da bədəninizə uyğun seçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!