Gözəllik haqqında bir neçə məsləhət

Gözəllik haqqında bir neçə məsləhət
Gözəllik sirləri
10.09.2017 7
Gözəllik, gözəl görünmək hər birimizin istəyidir. Hələ qadınlar gözəl görünmək üçün nələr etmirlər. Ancaq bu mövzuda gözəl görünmək üçün etməli oldğumuz bir neçə qısa məsləhəti nəzərinizə çatdırmaq istədim...  Gözəllik, gözəl görünmək hər birimizin istəyidir. Hələ qadınlar gözəl görünmək üçün nələr etmirlər. Ancaq bu mövzuda gözəl görünmək üçün etməli oldğumuz bir neçə qısa məsləhəti nəzərinizə çatdırmaq istədim...  Budur, gündəlik əməl edə biləcəyimiz kiçik məsləhətlər:



Saçlarınızı səliqəyə salın

Əliniz üçün istifadə etdiyiniz nəmləndirici əl kremindən bir az saçınıza sürtsəniz, elektriklənmənin və uçmanın qarşısını almış olacaqsınız. Əgər kremi duş aldığınız zaman sürtsəniz, saçlarınızı quruladıqdan sonra daha parlaq və canlı olduğunu görərsiniz.



Günə gümrah başlamaq üçün

Səhərlər yorğun oyanırsınızsa, orqanizminizi toksinlərdən təmizləmək üçün bir stəkan limonli su içi. Cildinizi də su ilə masaj etsəniz gümrahlaşdığınızı hiss edəcəksiniz.



Dişlər

Diş ətlərinizi qüvvətləndirmək üçün kiçik dənəli duzu diş fırçasının üzərinə tökərək dişləriniz fırçalayın.



Buzlu dodaq qələmi

Əgər dodaq qələmi istifadə edirsinizsə, istifadədən əvvəl onu buzlu bir qabın içində sxlasanız daha gözəl effekt almış olarsınız.



Əllər

Artıq əllərə manikür edilərkən, su yerinə süddən istifadə edilir. Siz də əllərinizi ən azı 5 dəqiqə ilıq südün içində saxlasanız əllərinizin və xüsusilə də dırnaqlarınızın gecləndiyini, dərinizin yumşaldığını görəcəksiniz.



Dodaqlar

Mat pamadaları xoşlayırsınızsa, pamada ilə birlikdə dodaq qələmindən istifadə etməlisiniz. Beləcə çərçivədən çıxmadığı müddətcə dodaqlarınız daha gözəl və canlı görünəcək. Bundan başqa mat görünüm almaq üçün sadəcə dodaq qələmindən də istifadə edə bilərsiniz. Ancaq, yadda saxlamaq lazımdır ki, dodaq qələmini dodaqlara çəkdikdən sonra barmağınızla onu yaxşıca yaymalısınız.



Göz makyajının təmizlənməsi

Göz makyajını təmizləyərkən gözlərinizi və göz ətrafını ovuşdurmaq olmaz. Gözünüzə sürtdüyünüz təmizləyicini pambıq və ya hazır disklər vasitəsilə yumşaqca dairəvi hərəkətlərlə silmək lazımdır.





Cildiniz parıldayırsa

Cildinizi qurutmadan matlaşdırmaq lazımdır. Pudranızdan əvvəl matlaşdırıcı kremlərdən istifadı etməlisiniz. Gündəlik krem istifadə etdikdə isə, bunların qel olmalarına çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!