Ətirlərinizi daha davamlı etməyə kömək edəcək 10 məsləhət

Ətirlərinizi daha davamlı etməyə kömək edəcək 10 məsləhət
Gözəllik sirləri
10.09.2017 24
1. Əgər istifadə etdiyiniz ətirlərin daha uzun müddət üçün davam etməsini istəyirsinizsə, onları hamam otağında və ya da digər nəmli, elcə də çox isti yerlərdə saxlamayın. Bu ətirin qoxu keyfiyyətini aşağı salacaq.



2. Nəbz nöqtələrinizə ətir sıxmazdan əvvəl, həmin yerə vazelin sürtün. Krem qoxunu dərinizdə quru dəridən daha çox saxlayacaqdır.



3. Əgər dəriniz qurudursa, ətirdən əvvəl qoxusuz bədən losyonu sürtməyi unutmayın.



4. Ətiri duşdan dərhal sonra və geyinməzdən dərhal əvvəl səpin. Belə etsəniz, bədəninizdəki nəm ətirin qoxusunu tutacaq, həm də paltarlarınıza arzuolunmaz ləkələr salmayacq.



5. Ətiri səpdikdən sonra biləklərinizi bir-birinə sürtməyin. Belə etsəniz, qoxunun daha tez uçmasına səbəb olarsınız.



6. Ətir səpmək üçün nəbz atan isti bölgələri seçim edin. Bura, biləkləriniz, boynunuz, qulaq dibləriniz dirsək içiniz, dizlərinin arxası ya da ayaq biləkləriniz ola bilər. Amma bir dəfədə bu bölgələrdən yalnız bir neçəsini seçin.



7. Daha yüngül bir qoxu istəyirsinizsə, ətiri havaya doğru sıxın və yavaşca içinə doğru yeriyin. Beləliklə çox ağır bir qoxu daşımazsınız.



8. Spirt tərkibli ətirləri birbaşa saçınıza sıxmaq saçı qurudacaqdır. Buna görə də əvvəlcə ətri saç fırçanıza sıxın və saçınızı bu şəkildə darayın.



9. Sona qalan bir-iki damcı ətrinizi qoxusuz losyonunuza tökün, beləliklə, hədər getməmiş olacaq.



10. Yanınızda ətirin özünü daşımaq yerinə, istədiyiniz qədər qulaq çubuqlarını ətirləyin və plastik bir paketə qoyun ki qurumasınlar. Beləcə gün ərzində istədiyiniz zaman üzərinizdən uçub getmiş ətrinizi bu çubuqlar vasitəsilə yeniləyə bilərsiniz və hər zaman təravətli ətir sizinlə olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!