Dişlərinizi bu yolla ağardın

Dişlərinizi bu yolla ağardın
Gözəllik sirləri
10.09.2017 14
Ağappaq, sağlam dişlər hər kəsi daha xoşagələn, sağlam və gənc göstərir. Ancaq özümüzün yol verdiyimiz səhvlər ucbatından çoxlarımız sarı diş problemindən əziyyət çəkirik. Dişlər yaş, düzgün riayət edilməyən gigiyena, çox qəhvə, çay içilməsi və başqa səbəblərdən dolayı sarala bilər. Dişlərimizin mina qatı zədələndiyində dişlər qidalara qarşı həssas olur və saralır.



Soda

Bir az soda götürüb isti suda qarışdırın. Bununla ağzınızı gündə 3 dəfə qarqara edin.



Çiyələk

Çiyələk dişləri ağardan C vitamini ilə zəngindir. Çiyələyi əzərək pasta hazırlayın və dişlərinizi bununla sürtün. 2 həftə ərzində gündə 2 dəfə bunu edin.



Limon

Limon sarı dişlərdən xilas olmaq üçün çox effektlidir. Limon suyuna duz əlavə edib dişlərinizi qarqara edin. Dişlərinizi limon qabığı ilə sürtmək də ağartmağın ən yaxşı yollarından biridir.



Reyhan

Reyhan dişləri ağartmaq xüsusiyyətinə malikdir, eyni zamanda diş əti xəstəliyinə kömək edir. Reyhanı günəşin altında qurumağa qoyun, sonra əzib toz halına gətirin. Dişlərinizi bununla sürtün. Ya da üzərinə xardal yağı əlavə edib pasta hazırlaya bilərsiz.



Portağal qabığı

Axşam yatmadan əvvəl dişlərinizi portağal qabığı ilə sürtün, səhər oyandıqda isə su ilə yaxalayın. Portağalın tərkibindəki kalsium və C vitamini sayəsində dişləriniz həm ağaracaq, həm güclənəcək.



Hidrogen peroksid

Hidrogen peroksid yüngül ağartma xüsusiyyətinə sahibdir və dişlərinizin üzərindəki sarı ləkələri yox edəcək. Dişlərinizi bununla qarqara edin, ancaq udmamağa çalışın.



Banan qabığı

Gündə iki dəfə 5 dəqiqə ərzində dişlərinizi banan qabığı ilə ovun. Potasiumla zəngin olan banan qabığı dişlərinizi ağardacaq. Kömür

Əvvəllər insanlar dişlərini ağartmaq üçün ağac kömüründən istifadə ediblər. Diş pastasını kömürlə qarışdırıb dişləriniz sürtün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!