Dərini çirkdən necə təmizləməli?

Dərini çirkdən necə təmizləməli?
Gözəllik sirləri
10.09.2017 17
Gözəl dəriyə sahib olmaq üçün onun təmizliyinə diqqət yetirmək vacibdir. Dəri təmizlənməsinin bir neçə üsulu var.

 

Üzünüzü yalnız təmiz, qaynadılmış və mineral su ilə yumağa çalışın. Çalışın, su otaq temperaturunda isinsin. Yalnız yağlı dərisi olan insanlar bundan istisnadır. Belə insanlar əvvəlcə üzlərini ilıq su ilə yumalı, ardından isə sərin su ilə yaxalamalıdırlar.

Dəri tipindən asılı olmayaraq üzü sabunla yumaq qətiyyən məsləhət görülmür. Sabun əvəzinə geldən istifadə etsəniz daha yaxşı olar. Üz dərisini gündə cəmi bir dəfə, səhərlər yumaq lazımdır. Hər səhər üzü su ilə yuduqdan sonra ona ehtiyatla soyuducuda saxlanılan buz parçası sürtün. Bu dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək, gözəl rəng almasına, yanaqların təbii qızarmasına səbəb olur. Buzu üzə masaj xətləri üzrə sürtmək lazımdır. Üzün buzla yuyulmasından yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz.

Dərinin axşam kosmetikadan təmizlənməsinə gəldikdə isə bu zaman sudan yox, kosmetik süddən istifadə edin. Kosmetik südü barmaqlar vasitəsilə 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyəsinə yeridin. Təmizləyici maddəni üzdən azad etmək üçün ilıq suya batırılmış pambıqdan istifadə edin.

Dərinin dərin təmizlənməsi:



Bu bir neçə etapdan ibarətdir. Dəri təmizlənməsi müəyyən təlabat yarandıqda edilməlidir. Yağlı dərinin təmizlənməsi daha tez-tez olunmalıdır. Dərinin dərin təmizlənməsi professional kosmetoloqlar tərəfindən efir yağları, dəniz duzları və ya otlarla hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir, yağlı dəri isə iki dəfə təmizlənməlidir. Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi baş verir, mübadilə yaxşılaşır. Nəticədə dəri təmiz və hamar olur, sağlam görünür. Dərinin buğa verilməsi prosesi də ehtiyatla aparılmalıdır. Dərinin yüksək həssaslığı və məsaməliliyi, dərinin xroniki genişlənməsi zamanı buğa vermə təhlükəlidir. Yaşı 30-dan yuxarı olan qadınlarda da dərinin buğa verilməsi prosesindən tez-tez istifadə etmək olmaz. Bu zaman dəri öz təbii elastikliyini itirməyə başlayır, damarlar pis daraldığı üçün dəridə qızarma baş verə bilər.

Dərini buğa verməzdən əvvəl onu kosmetik südlə dərin təmizləmək lazımdır.

Sonra pilinq və ya skrabla təmizlənməsi prosesi aparılır. Skrabdan istifadə edilməsi vacib hesab edilir. Çünki bu zaman dəri hüceyrələri daim olaraq təzələnir. Əks halda ölü dəri hüceyrələri yığılaraq səpkilər və sızanaqlar əmələ gətirir. Bundan sonra dəridə maddələr mübadiləsi yaxşılaşır. Dəri daha çox oksigen alır. Amma bir şeyi də nəzərə alaq ki, skrabla təmizlənməni tez-tez təkrarlamaq olmaz. Bu zaman dəri getdikcə qurumağa başlayır. Onun qıcıqlanma və müxtəlif infeksiyalardan qorunma qabiliyyəti zəifləyir.



Ev şəraitində skrab hazırlayın:

Təzə xiyarın qabığını soyub, şirəsini çıxarın. 1 xörək qaşığı yulaf yarması ununu 1 çay qaşığı xırda dəniz duzu ilə qarışdırın. Alınan məhlulu krem şəkli alana qədər xiyar şirəsi ilə qarışdırın. Alınan skrabı üz dərisinə sürtüb, 10 dəqiqə saxladıqdan sonra yuyun.

Dərini çirkdən təmizləyən losyon

2 xörək qaşığı alma sirkəsini eyni miqdarda su ilə qarışdırın. Pambığı bu losyona batırıb, dərinizi təmizləyin. Çalışın göz ətrafına dəyməsin. Sonra su ilə üzünüzü yuyun. Bu losyon dərini çirk və yağdan təmizləməklə yanaşı, məsamələrinin açılmasına da kömək edəcək.

Canlandırıcı losyon

5 qram quru gül yarpaqlarını götürüb, üzərinə 100 ml. ağ şərab tökün. Qabın ağzını möhkəm bağlayıb, 14 gün saxlayın. İşıq düşməsin deyə qabın üstünə tünd parça sərin. 14 gündən sonra qarışığı sürtgəcdən keçirin. Sonra 50 ml. gül suyu əlavə edib losyon kimi istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!