Moda terminləri

Moda terminləri
Gözəllik sirləri
10.09.2017 21
Hər işin olduğu kimi modanın da özünə xas bir dili var. Moda haqqında danışdıqda, xarici dildə sözlərlə qarşılaşsanız təəccüblənməyin. Alış-verişdə, jurnalda ya da bloqlarda görüb, başa düşmədiyiniz sözləri yığdıq və bir moda lüğəti yaratdıq. Bilməmək deyil, öyrənməmək eyibdir atalar sözünü nəzərə alaraq, bu terminləri öyrənək. Baggy : Geniş mənasını verir. Əsasən balaqları geniş olan şalvar növü üçün istifadə edilir.



Trençkot: Beli qalın dəri kəmərlə ya da öz qurşağıyla möhkəm bağlanan, əsasən təbii tonlardakı modellərinin seçildiyi hər mövsüm geyilən paltodur. Digər detallar arasında papaq, əyri yan ciblər, zəncirbənd və geniş qolları saya bilərik. İçi astarlı, su keçirməyən paltodur, yağışlı havada geyinmək daha məqsədə uyğundur.



Balaclava: Başı sıx örtən, əsasən yundan hazırlanan papaq növüdür.



Bandana: Başı müxtəlif formalarda bağlamaq üçün istifadə edilən böyük dəsmaldır.



Top: Üst geyimdir.



Panço: Başdan geyinilən, əsasən yundan ibarət üst geyimidir.



Leggings: Ayaqlara sıx yapışan kolqotka növüdür.



Kloç: Çanaq şəkilli, başa tam olaraq oturan qadın papağıdır.



Beret: Yumşaq parçadan hazırlanan, yumru, günlüyü olmayan papaq növüdür.



Tunik: Uzun, qollu və ya qolsuz, dizə qədər olan jaketdir.



Metalik: rənglərin ən parlaq tonlarıdır. Paltarlarda, ayaqqabılarda, çantalarda metalik vurğular diqqət çəkir.



Blazer: Tək rəngli klassik pencəyə verilən addır. Həm kişi, həm də qadın pencəkləri üçün istifadə edilir. Qoşa ya da tək sıra ilə tikilmiş düyməli ola bilər.



Klaç: Əsasən əldə tutulan toy, ziyafətlərdə istifadə edilən çantadır.



Mokasen: Bağları olmayan düz ayakkabı modelidir. Klassik bir duruşu vardır.



Neon: Parlaq, fosforlu rənglərdir



Kapri: Bir neçə mövsümdür ki, bu söz moda lüğətində daha çox işlənir. Boyu dizdən aşağı olan şalvar mənasını verir. Artıq kişilər üçün də kapri şalvarlar var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!