Qadınlar niyə dikdaban ayaqqabı geyinirlər?

Qadınlar niyə dikdaban ayaqqabı geyinirlər?
Gözəllik sirləri
10.09.2017 89
Bu xəbər xüsusən hündürdaban ayaqqabı geyinməyi sevən qadınları
sevindirəcək. Hündürdaban ayaqqabı üzərində dayanmaq çətin olsa da,
qadınları çox cazibədar göstərir. Və qadınları onun qədər özünə inamlı
göstərən başqa bir ayaqqabı modeli mövcud deyil. Qadınlar topuqlu
ayaqqabını sevməsə də, onu geyinən zaman özünü daha yaxşı hiss edir.
Əslində, bunun dəqiq bir açıqlaması yoxdur. Bu mükəmməl hissi duya
bilmək üçün yüksək zövqə malik qadın olmalısan…



Göz qamaşdırıcı göstərir

Hündürdaban
ayaqqabı geyinməyin başlıca səbəbi qadınları möhtəşəm və seksual
göstərməsidir. Donları hündürdaban ayaqqabı ilə geyinməyin xüsusi
gözəlliyi var.



Kontrol və güc məndədir

Hündürdaban ayaqqabı
geyinmək qadınları inanılmaz dərəcədə güclü hiss etdirir. Əgər
hündürdaban ayaqqabı geyinməyə vərdiş deyilsinizsə, yanınızda başqa
rahat bir ayaqqabı götürün. Güclü görünmək istəyən qadınların fikrincə,
əsas şərt dikdaban ayaqqabılarda gəzməyi öyrənməkdir. Elə indi onlarda
gəzməyi öyrənin!



Cazibədar göstərir

Hündürdaban ayaqqabı
geyinməyin ən böyük səbəblərindən biri fotolarda daha cazibədar
düşməkdir. Hər bir qadın topuqlu ayaqqabıların bu sehrindən xəbərdar
olmalıdır.



Tık-tık səsləri gəlir

Hələ uşaq ikən bütün qızlar
hündürdaban ayaqqabılara kədərlə baxır və onları nə vaxt daşıya
biləcəyinin xəyallarını qurur. Analarının başı qarşına kimi onların
dikdaban ayaqqabılarını geyinib evdə gəzir… Tık-tık səsləri qadınların
ən zəif nöqtələrindən biridir.



Əhval-ruhiyyəni qaldırır

Bütün
qadınlar etiraf edir ki, hündürdaban ayaqqabı geyinən zaman özlərini
daha yüksək əhval-ruhiyyədə hiss edirlər. Dikdaban ayaqqabılarda özünü
şahzadələr kimi hiss edir və o an dünyanın ən gözəl xanımı olduğunu
düşünür. Stressi atmaq üçün hündürdaban ayaqqabılar geyinin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!