Qadınları cazibədar göstərən 5 geyim növü

Qadınları cazibədar göstərən 5 geyim növü
Gözəllik sirləri
10.09.2017 48
Görünüşünüzə cazibədarlıq qatmaq istədiyiniz zaman bir çoxunuzun
qarderobunda olan bu geyim növlərindən hər hansı birini istifadə edə
bilərsiniz. Bu 5 geyim növünün nələr olduğunu sizin üçün araşdırıb
yazmışıq.



Qələm ətək

Hər dövrün modası olan qələm ətək bədəninizi sararaq bədən
cizgilərinizi ortaya çıxarır və bu sayədə də sizi daha cazibədar
göstərir. Qara, boz ya da göy rəngdə olan qələm ətəklərdən istifadə edə
bilərsiniz.



Kəmərli plaş

Görünüşünüzə sirli bir hava qatan kəmərli plaşlardan mütləq qarderobunuzda olsun. Xüsusilə qara və krem rənglərə üstünlük verin.



Bəbir naxışlı geyimlər

Hər il trend olan heyvan naxışlı paltarlar qadınlara hər zaman
cazibədar bir görünüş verir. Kombinlərinizdə bəbir naxışlı geyimlər
istifadə etdiyiniz zaman diqqət etməli olduğunuz nüans yalnız bir
hissədə bu naxışlardan istifadə etməyinizdir. Məsələn, əgər köynəyiniz
bəbir naxışlıdırsa, ətək və ya şalvarlarınız sadə olmalıdır və hətta bu
cür aksessuarlardan da istifadə etməməlisiniz.



Stiletto ayaqqabılar

İncə dabanlar üzərində durmaq elə də asan olmasa da bir çox qadınlar
daha cazibədar görünmək üçün bu cür ayaqqabılardan istifadə edirlər. Bu
ayaqqabılar demək olar ki, cazibədar qadınların simvoluna çevrilmişdir.



İpək köynək

İpək köynəklər klassik və sofistik bir görünüş yaratmaqla yanaşı, yüngül və bədəndən axması ilə cazibədar bir görünüş də verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!