Təmiz dəriyə necə sahib olmalı?

Təmiz dəriyə necə sahib olmalı?
Gözəllik sirləri
10.09.2017 10
Civzə… Beş hərfdən ibarət bu söz bütün qadınları dəhşətə gətirir. Sızanaq və civzələr qadınların stres və sağlamlıqla bağlı qarşılaşdığı problemlər nəticəsində ayın müəyyən zamanlarında və ya il boyu davamlı olaraq rastlaşdığı xoşagəlməz hallardan biridir. Bəzi qadınlarda civzələr müəyyən nahiyələrdə özünü qızartı şəklində biruzə verir, digər qadınlarda isə bütün üz nahiyəsində yayaılmaqla getdikcə artan şəkildə olur.



Civzələrin meydana gəlməsi müəyyən mərhələlərdən ibarətdir. İlk mərhələdə civzə dərinin altında əmələ gəlir. Daha sonra dərinin üst səthinə doğru çıxır (bu bəzi insanlarda qızartı, bəzilərində isə ağ civzə şəklində özünü biruzə verir. Sonda isə civzə partlayır və çirkli maye ifraz edir. Nəticədə üzdə olan yara açılır və açıq yara hava ilə təmasda olarkən çirk və kosmetik vasitələrin təsiri nəticəsində yenidən infeksiyaya yoluxur.



Civzələrin əmələ gəlməsi prosesini minimuma endirmək üçün nə etmək olar? Civzələrin çoxalmasının qarşısını almaq üçün gündəlik olaraq aşağıdakılara əməl etmək lazımdır:



1) Üz dərisinin davamlı olaraq çirkli səthlə əlaqəsinin qarşısını alın və üz məsamələrinin çirklə tıxanmasına mane olmaq üçün yastığınızın üzünü həftədə bir dəfə dəyişin. Biz yatdığımız zaman dəridə sağalma prosesi gedir və bütün toksinlər ifraz olunur. Çirkli yastıqda yatmaq daha çox çirkin dərinin səthinə qalxmasına səbəb olur və səhər yuxudan oyandıqda artıq dəridə civzələrin əmələ gəldiyinin şahidi oluruq.

2) Evdə olduğunuz zaman dərhal üzünüzü makiyajdan təmizləyin və heç vaxt makiyajla yatmayın.

Hər gün yatmazdan əvvəl üzünüzü yuyub təmizləyin. Bir çoxları düşünür ki, üzün yuyulması üçün ən ideal vaxt səhər saatlarıdır, lakin civzələrlə mübarizə aparmaq üçün üz dərisini gecə yumaq lazımdır.

3) Üz dərisi məsamələrinin tıxanmasının və civzənin əmələ gəlməsinin qarşısını almaq üçün tərkibində salisil turşusu olan kosmetik vasitələrdən istifadə edin.



Bu üç addıma mütəmadi olaraq əməl etsəniz, civzələrin əmələ gəlməsinin qarşısının alındığını mütləq hiss edəcəksiniz. Civzələrlə mübarizə aparın və təmiz, sağlam, gözəl və parlaq dəriyə sahib olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!